Bank Of Baku

Baş prokuror Zakir Qaralov: “Akademik Ziya Bünyadovun qətlini İranın dini dairələri sifariş edib və qatillər bu ölkədə sığınacaq tapıblar”

Baş prokuror Zakir Qaralov: “Akademik Ziya Bünyadovun qətlini İranın dini dairələri sifariş edib və qatillər bu ölkədə sığınacaq tapıblar”
# 27 aprel 2010 10:39 (UTC +04:00)
Bakı. Elbrus Seyfullyev-APA. Bu gün Milli Məclis tərəfindən yenidən Azərbaycanın baş prokuroru vəzifəsinə təsdiqlənən Zakir Qaralov deputatlar qarşısında çıxış edib. APA-nın məlumatına görə, Zakir Qaralov mərhum jurnalist Elmar Hüseynovun qətli ilə bağlı cinayət işinin üstünün açıldığını deyib: “Elmar Hüseynovun qətlə yetirilməsi ilə bağlı cinayəti işinin istintaqına Avropa Birliyinin üzvü olan bütün ölkələrdən ekspertlər dəvət olunmuşdu. Azərbaycan prezidenti tərəfindən bu qətl baş verən günün səhəri Təhlükəsizlik Şurasının iclası keçirilib. Bu qətl 2005-ci ildə ölkədə ictimai-siyasi sabitliyin pozulması üçün cəhdlər edilən bir zamanda törədilib”.

Z, Qaralov akademik Ziya Bünyadovun qətli ilə bağlı məsələyə də toxunub: “Bu qətllə bağlı məsələ məlumdur. Bu qətl İranın dini dairələri tərəfindən sifariş edilib. Bu qətli yerinə yetirən şəxslər də bu ölkədə sığınacaq tapıb. Bu məsələ də açıqdır”.

Baş prokuror bildirib ki, siyasi partiyalar nəhayət ki, hansı mənbələrdən qaynaqlandığı haqda hesabat verməlidir: “Bunun vaxtı çatıb. Onların hansı mənbələrdən maliyyələşdirildiyi bilinməlidir. Ölkədə ictmai-siyasi sabitliyin pozulmasına heç vaxt yol verilməyəcək. Bunu arzulayanların istəyi gözündə qalacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR