Bank Of Baku

YAP nümayəndə heyəti Koreyada səfərdədir

YAP nümayəndə heyəti Koreyada səfərdədir
# 27 aprel 2010 11:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasının hakim Hannara Partiyasının dəvəti ilə bu ölkəyə səfər edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu gündən başlayan rəsmi səfər çərçivəsində Koreya Respublikasının baş naziri Çanq Vun Can, Milli Assambleyanın sədri Kim Hyonq, Koreya Respublikasının Milli Assambleyasında Hannara partiyasının deputat fraksiyasının rəhbəri Ahn Sanq Soo, Koreya–Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Suh Byonq–Su, Koreya Respublikası Prezidentinin siyasi məsələlər üzrə baş müşaviri Bak Hyunq Cun ilə görüşlər nəzərdə tutulub.

Səfərin yekunu olaraq, paytaxt Seulda YAP ilə Koreya Respublikasının hakim Hannara Partiyası arasında memorandum imzalanacaq. YAP nümayəndə heyətinin Koreya Respublikasına səfəri aprelin 30-da başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR