Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Gənclər Təşkilatının aksiya keçirməklə bağlı müraciətinə cavab verib

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Gənclər Təşkilatının aksiya keçirməklə bağlı müraciətinə cavab verib
# 27 aprel 2010 12:24 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının Gənclər Təşkilatının aprelin 30-na təyin etdiyi aksiyanın Cəfər Cabbarlı heykəlinin önündə keçirilməsinə icazə verməyib. İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, gəncər təşkilatına ünvanlanmış müraciətdə göstərilmiş ərazinin Dəmiryolu Vağzalının qarşısında yerləşdiyi və nəqliyyatın sıx hərəkət etdiyi ərazi olduğu əsas gətirilərək burada kütləvi tədbirin keçirilməsi məqsədəuyğun sayılmayıb. Şəhər rəhbərliyi aksiyanın keçirilməsi üçün üç yer - Binəqədi rayonu, Binəqədi qəsəbəsində İdman Sağlamlıq kompleksinin stadionu, Səbail rayonu 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsindəki sürücülük məktəbinin həyətindəki meydanı və Xətai rayonu, Zığ yolu küçəsi 29/22-ci məhəllə ilə üzbəüz meydanı təklif edib.

Qeyd edək ki, Müsavat Gənclər Təşkilatı Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror hadisəsinin ildönümü ilə bağlı kütləvi aksiya keçirmək qərarı qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR