Bank Of Baku

Mübariz Əhmədoğlu: “Qarabağ münaqişənin nizamlanması prosesində ətrafında yeni mərhələyə qədəm qoyulub”

Mübariz Əhmədoğlu: “Qarabağ münaqişənin nizamlanması prosesində  ətrafında yeni mərhələyə qədəm qoyulub”
# 27 aprel 2010 12:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu bu gün mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Dağlıq Qarabağ münaqişənin nizamlanma prosesi ətrafında gedən proseslər barədə danışan politoloq bildirib ki, münaqişənin həlli prosesində yeni mərhələyə qədəm qoyulub. MDB dövlət başçılarının mayın 8-də nəzərdə tutulan qeyri-formal görüşündə problemin həlli istiqamətində mühüm irəliləyişlərin əldə oluna biləcəyini deyən M. Əhmədoğlu hesab edir ki, dörd mümkün variantdan birini reallaşdırmaq mümkündür: “Birinci variant Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədirləri sırasına daxil olmasıdır. Ermənistanın bu variantla razılaşmaq ehtimalı çox aşağıdır. İkinci variantda Ermənistanın susması, bunun fonunda “Yenilənmiş Madrid Prinsipləri”nin qəbul edilməsi nəzərdə tutulur. Üçüncü ehtimal Ermənistanın sənədi olduğu kimi qəbul etməsidir. Dördüncü variantın mahiyyəti odur ki, Ermənistan “Yenilənmiş Madrid Prinsipləri”ni qəbul etməyəcəyi təqdirdə, həmsədrlər sənədi BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarır və növbəti qətnamənin qəbul edilməsinə nail olurlar”.

M. Əhmədoğlu münaqişənin həlli istiqamətində səylərin son vaxtlar gücləndiyini bildirib: “Obamanın 2 il ərzində apardığı erməni yönümlü siyasətin əsas məqsədi Azərbaycan və Türkiyəni bir-birindən uzaqlaşdırmaq, Dağlıq Qarabağ məsələsini arxa plana keçirmək olub. Amma Azərbaycan rəhbərliyinin səyi nəticəsində iki ölkə arasındakı dostluğu zədələmək mümkün olmadı”. Politoloq onu da bildirib ki, Türkiyədəki ermənilər və bu ölkəyə getmək istəyən ermənilər mütləq Qarabağ testindən keçməli, onların Dağlıq Qarabağ müharibəsində iştirak edib-etmədyi müəyyənləşməli və müharibədə iştirak etmiş şəxslər bu ölkənin ərazisinə buraxmamalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR