Bank Of Baku

Koreyada səfərdə olan YAP nümayəndə heyəti baş nazir Cunq Un-Cunqla görüşüb

Koreyada səfərdə olan YAP nümayəndə heyəti baş nazir Cunq Un-Cunqla görüşüb
# 28 aprel 2010 09:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Koreya Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkənin baş naziri Cunq Un-Cunqla görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə ölkələr arasında mövcud əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, enerji, təbii ehtiyatlar, informasiya texnologiyaları, tikinti, nəqliyyat sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. Ə. Əhmədov Azərbaycanda əlverişli investisiya imkanlarına toxunaraq, bunun xarici, o cümlədən Koreya Respublikasının biznes dairələri üçün də maraqlı olduğunu vurğulayıb, bu ölkənin iş adamlarının Azərbaycanda xüsusi maraq və rəğbətlə qarşılandığını qeyd edib.

Baş nazir isə dünyanı bürüyən maliyyə böhranı dövründə Azərbaycanda iqtisadi artımın müşahidə olunduğunu yüksək qiymətləndirib. O həmçinin, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə maraqlanıb.

Qeyd edək ki, YAP nümayəndə heyətinin səfər müddətində Böyük Millət Partiyası “Hannara”nın rəhbərliyi və KR-nın Milli Assambleyasının sədri, KR prezidentinin siyasi məsələlər üzrə baş müşaviri ilə və digər yüksək səviyyəli görüşləri nəzərdə tutulur. Bundan başqa səfər müddətində iqtidar partiyaları arasında qarşılıqlı Anlaşma Memorandumunun imzalanması da planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR