Bank Of Baku

Bakı şəhər icra hakimiyyəti Ümid Partiyasının mitinqlə bağlı müraciətinə rədd cavabı verib

Bakı şəhər icra hakimiyyəti Ümid Partiyasının mitinqlə bağlı müraciətinə rədd cavabı verib
# 28 aprel 2010 14:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Ümid Partiyasının mayın 1-nə təyin etdiyi aksiyanın partiya tərəfindən göstərilən yerlərdə keçirilməsinə icazə verməyib. Ümid Partiyasının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, BŞİH-i aksiyanın Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionunda, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada və yaxud da Zığ yolu küçəsi 29/22-ci məhəllə ilə üzbəüz meydançada keçirməyi təklif edib. Bununla bağlı bu gün partiyanın Mitinq Komitəsinin iclası keçirilib. Partiya rəhbərliyi şəhər rəhbərliyinin Konstitusiyanın tələblərini pozduğunu bildirib. Mitinq Komitəsi üzvləri hesab edib ki, icra hakimiyyətinin təklif etdiyi ünvanlar mitinq keçirmək üçün məqbul deyil. Buna görə də, mitinqin nəzərdə tutduğu ünvanlarla yanaşı Azadlıq Meydanında, keçmiş Qələbə kinoteatrının qarşısında və yaxud da S. Vurğun adına bağda keçirilməsinin mümkün olduğunu vurğulayıb. Bu ünvanlardan birində mitinq keçirilməsi imkanlarının öyrənilməsi məqsədi ilə partiyanın icra strukturlarına müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Ümid Partiyası BŞİH-nə etdiyi müraciətdə “Seçki öncəsi mühitin demokratikləşməsi və Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi” tələbi ilə Füzuli meydanı, N. Nərimanov adına kinoteatrının qarşısı və “Ukrayna” meydanını göstərmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR