Bank Of Baku

Müsavat Partiyası ilə Demokratiya Uğrunda İttifaq parlament seçkiləri ilə bağlı niyyət protokolu imzalayıb

Müsavat Partiyası ilə Demokratiya Uğrunda İttifaq parlament seçkiləri ilə bağlı niyyət protokolu imzalayıb
# 28 aprel 2010 15:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası ilə Demokratiya Uğrunda İttifaq (DUİ) arasında parlament seçkiləri ilə bağlı bu gün niyyət protokolu imzalanıb. Müsavat Partiyasının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu gün Müsavat Partiyasının Mərkəzi Qərargahında tərəflər arasında növbəti görüş keçirilib. Görüşdə ölkədə yaranmış vəziyyət, milli demokratik düşərgənin fəaliyyətinin əlaqələndirilməsi, birgə aksiyaların keçirilməsi, dairələr üzrə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb və nəticədə 2010-cu il parlament seçkilərində əməkdaşlıqla bağlı niyyət protokolu imzalanıb.

Protokolda bildirilir ki, onu imzalayan Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq (Klassik Xalq Cəbhəsi Partiyası, Azadlıq Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası, Milli Qurtuluş Partiyası) 2010-cu ildə keçiriləcək parlament seçkilərində seçki qanunvericiliyinin təkmilləşdirilməsi, seçki mühitinin demokratikləşdirilməsi, seçki saxtakarlığının qarşısının alınması, söz, mətbuat və sərbəst toplaşma azadlığının və digər azadlıqların təmin olunması, milli demokratik düşərgəyə daxil olan partiyaların seçkilərdə vahid platforma ilə iştirakı, hər bir seçki dairəsi üzrə güclü namizədin müəyyənləşdirilməsi və real müxalifətin əməkdaşlığının mümkün variantlarının müəyyənləşdirilməsi istiqamətində səylərini davam etdirmək niyyətini bəyan edir. Protokolu DUİ adından Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Müsavat adından isə partiya başqanı İsa Qəmbər imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR