Bank Of Baku

DADP Azərbaycan-Türkiyə konfederasiyasının yaradılmasını təklif edir

DADP Azərbaycan-Türkiyə konfederasiyasının yaradılmasını təklif edir
# 29 aprel 2010 09:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) Türkiyə ilə konfederativ əsasda birləşməyi təklif edir. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycan 1991-ci ildə ikinci dəfə milli müstəqillik əldə etdikdən sonra Türkiyə ilk olaraq suveren Azərbaycanı rəsmən tanıyıb və onu bütün sahələrdə dəstəkləyib, dil, din birliyi baxımından və erməni işğalına qarşı mübarizədə hər zaman Türkiyə Azərbaycanın yanında olub: “Müstəqil Azərbaycan uğrunda xalq hərəkatının lideri Əbülfəz Elçibəy qardaş Türkiyəyə çox böyük sayğı və sevgi ilə yanaşıb, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev isə “Azərbaycan-Türkiyə: bir millət, iki dövlət” formulunu irəli sürüb. DADP Azərbaycanın öncül şəxsiyyətləri, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Əbülfəz Elçibəy və Heydər Əliyevin ideyalarını əldə rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin suverenliyinə heç zaman xələl gətirməyəcək konfederasiya yaradılması “Bir millət, iki dövlət”in tarixi taleyi baxımından çox zəruri və vacibdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR