Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyəti kütləvi aksiyaların keçirilməsi üçün məqsədəuyğun saydığı yerlərin siyahısını açıqlayıb

Bakı şəhər İcra Hakimiyyəti kütləvi aksiyaların keçirilməsi üçün məqsədəuyğun saydığı yerlərin siyahısını açıqlayıb
# 29 aprel 2010 12:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Hazırda Bakı şəhərində 3 yerdə kütləvi aksiyaların keçirilməsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən məqsədəuyğun sayılır. Bunu APA-ya açıqlamasında BŞİH-nin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov deyib. Onun sözlərinə görə, BŞİH-i aksiyaların Binəqədi rayonu, Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionunda, Səbail rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada və yaxud Xətai rayonu, Zığ yolu küçəsi 29/22-ci məhəllə ilə üzbəüz meydançada keçirməyi mümkün sayır: “Bir neçə il əvvəl paytaxtda 11 yer kütləvi aksiyalar üçün ayrılmışdı, həmin qərar hazırda da qüvvədədir. Amma indi Bibiheybət stadionunda təmir işləri getdiyi üçün həmin yerdə aksiyaların keçirilməsi mümkün deyil. Digər meydanlarda da müxtəlif səbəblərə görə aksiyaların keçirilməsi məqsədəuyğun sayılmır”.

Parlament seçkiləri öncəsi BŞİH-nin kütləvi aksiyalar üçün ayrılmış yerlərə yenidən baxıb-baxmayacağına gəldikdə Z. Ramazanov bu barədə indidən bir söz deyə bilməyəcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR