Bank Of Baku

“Azadlıq” bloku kütləvi aksiyaları davam etdirəcək

“Azadlıq” bloku kütləvi aksiyaları davam etdirəcək
# 29 aprel 2010 12:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azadlıq” bloku kütləvi aksiyaları davam etdirəcək. Blokda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov APA-ya bildirib ki, hazırda növbəti aksiyanın vaxtı ilə bağlı blok daxilində müzakirələr aparılır. O, yaxın günlərdə növbəti aksiyanın vaxtının təyin olunacağını bildirib: “Aksiyaların keçirilməsi ilə bağlı qərarımız var və bu qərar qüvvədədir. Çox güman ki, gələn həftə partiyanın rayon təşkilatlarının müşavirəsində bununla bağlı müzakirələr aparılacaq və növbəti aksiyanın vaxtı müəyyən olunacaq”. Aksiyanın keçiriləcəyi yerə gəldikdə, H. Kərimov bildirib ki, blok mitinqləri şəhərin mərkəzində keçirməkdə israrlıdır: “Biz Bakı şəhər İcra Hakimiyyətinin göstərdiyi yerlərə getmək fikrində deyilik”.

Qeyd edək ki, “Azadlıq” bloku aksiyaların keçirilməsi üçün “Azadlıq” meydanı da daxil olmaqla şəhərin mərkəzində yerləşən yeddi meydandan birinin ayrılmasını tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR