Bank Of Baku

“Azadlıq” bloku parlament seçkilərində Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları ilə namizədləri razılaşdıra bilər

“Azadlıq” bloku parlament seçkilərində Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları ilə namizədləri razılaşdıra bilər
# 29 aprel 2010 14:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Azadlıq” bloku parlament seçkilərində Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları ilə namizədləri razılaşdıra bilər. Bloka daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov APA-ya bildirib ki, bəzi seçki dairələri üzrə namizədlərin razılaşdırılması vacib hesab olunur. H. Kərimov bununla bağlı ilkin təkliflərin irəli sürüldüyünü, lakin hələlik bu istiqamətdə müzakirələrin getmədiyini deyib: “Biz namizədlərin müəyyən seçki dairələri üzrə digər partiyalarla razılaşdırılmasının, müxalifətin vahid namizədi olmasının tərəfdarıyıq. Tərəflərin də bu məsələyə münasibəti müsbətdir”. H. Kərimov bildirib ki, hər bir partiya öz daxilində namizədləri müəyyən etdikdən sonra bununla bağlı müzakirə aparmaq olar.

Ali Məclis sədri onu da qeyd edib ki, “Azadlıq” bloku namizədlərin müəyyənləşdirilməsi prosesini davam etdirir və bu iş yaxın vaxtlarda yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR