Azərbaycan prezidenti: “Bu il əmək haqları və pensiyalarda artım gözlənilir”
Dövlət başçısı bu gün Azərbaycandan daha sürətlə inkişaf edən ölkənin olmadığını vurğulayıb: “Nəinki bu gün, son 5-6 il ərzində dünyada ən yüksək templə inkişaf edən ölkə Azərbaycandır. Bu bizə imkan verdi ki, problemlərin böyük hissəsi həll olunsun. Ancaq biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Hələ həll ediləsi çox məsələ var. Ölkəmizin bütün problemləri həll olunmalıdır. Mən bunu istəyirəm və biz bu yolda çox vacib addımlar atırıq. Artıq yaxşı nəticələr var və elə etməliyik ki, ölkəmizin inkişafı bölgələrin inkişafı hesabına təmin edilsin. Bu, indi əsas məqsəddir. Yəni, bölgədə, rayon mərkəzində olan vəziyyət, şərait baxımından böyük şəhərlərdə olan vəziyyətə yaxın olsun”.
Prezident ölkədə sahibkarlığa yaxşı şərait yaradıldığını, həm kreditlər və subsidiyaların verildiyini, həm də dövlət tərəfindən dəstək göstərildiyini qeyd edib: “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində sahibkarların imkanları da artıb. Sahibkarlar da öz tərəflərindən ölkəyə qoyulan investisiyaların həcmini artırırlar. Bu da çox müsbət haldır. Çox şadam ki, bu gün Azərbaycana qoyulan sərmayənin əksəriyyəti yerli mənbələr hesabına təmin edilir. Əvvəlki illərdə biz daha çox xarici investisiyalardan asılı idik. Bu gün bu asılılıq minimum səviyyəyə enibdir. Yəni Azərbaycanda artıq böyük maliyyə imkanlarına malik olan sahibkarlar sinfi yaranıb. Ölkədə yaranan şərait onları da iqtisadiyyata sərmayə qoymağa daha da sövq edir. Bu, çox müsbət haldır ki, Azərbaycanda qazanılan pullar Azərbaycan iqtisadiyyatına, yerli istehsala qoyulur. Əvvəlki illərdə daha çox idxaldan asılı idik. Bu gün isə biz ixrac edirik. İndi xaricə nəinki meyvə-tərəvəzi, digər məhsullar da göndəririk. Ona görə ki, Azərbaycanda sahibkarlıqla bağlı vəziyyət çox yaxşıdır. İldən-ilə həm sahibkarların imkanları artacaq, həm də onların ölkə iqtisadiyyatına qoyduqları vəsaitin həcmi artacaq. Nəzərə alsaq ki, dövlət öz tərəfindən kreditlər, subsidiyalar şəklində maliyyə dəstəyini göstərir, bu sahədə inkişaf uğurlu olacaq”.
Dövlət başçısı təkcə sahibkarların deyil, bütün vətəndaşların problemlərinin həllinin vacibliyini diqqətə çatdırıb: “Xüsusilə büdcə təşkilatlarında işləyənlərin əmək haqlarını, pensiyaçıların pensiyalarını artırmaq üçün bizdə imkanlar var və bu il bu artım gözlənilir. Əvvəlki illərdə minimum əməkhaqqı, minimum pensiya böyük dərəcədə artırılıb və deyə bilərəm ki, Azərbaycan bu göstəricilərə görə bu gün MDB məkanında ən yüksək yerlərdədir. Ancaq əgər desəm ki, bu, bizi qane edir, əlbəttə, səhv edərəm. Bu bizi qane etmir. Biz elə etməliyik ki, insanların minimum məvacibi, minimum pensiyası onun gündəlik tələbatının ödənilməsinə imkan versin. Azərbaycanda əlbəttə ki, yoxsul təbəqə də var. Onların sayı ildən-ilə azalır. Bu gün yoxsulluq şəraitində yaşayanlar 11 faizdir. Yəni bu, demək olar ki, inkişaf etmiş ölkələrin səviyyəsinə yaxındır. Ancaq o da çoxdur. Baxmayaraq ki, biz bu göstəricini 49 faizdən 11 faizə endirə bilmişik, 11 faiz də böyük rəqəmdir. Mən istəyirəm ki, ümumiyyətlə, Azərbaycanda yoxsul və işsiz olmasın. İndi biz işsizliyin böyük hissəsini böyük şəhərlərdə həll etmişik. İndi xaricdən böyük şəhərlərə iş dalınca gəlirlər. Ancaq bölgələrdə hələ ki, işsizlik problemləri var. Əvvəlki illərdə bölgələrdən başqa ölkələrə işləmək üçün gedirdilər, bu gün Bakıya gəlirlər. Bu, əlbəttə ki, böyük addımdır. Amma elə etməliyik ki, ölkədə kifayət qədər iş yeri olsun, insanlar bölgələrdə işləsinlər”.
“Azərbaycanın uğurlu iqtisadi inkişafı onu göstərir ki, biz düzgün istiqamətdə inkişaf edirik” deyən prezident gəlirlərin investisiya şəklində düzgün yerlərə yönəldildiyini və bu investisiyaların artıq öz bəhrəsini verdiyini qeyd edib: “Keçən il və elə bu il də davam edən dünya böhranı onu göstərdi ki, hansı ölkələrin iqtisadi siyasəti düzgün qurulub, o ölkələr də bu böhrandan minimum itkilərlə çıxdı. Biz vəsaiti iqtisadiyyatın real sektoruna yönəldirik, bu gün də bunu edirik. Baxmayaraq ki, keçən il gəlirlərimiz azaldı, neftin qiyməti bir neçə dəfə düşdü, biz investisiya layihələrini, tikinti layihələrini dayandırmadıq. Heç bir layihə - həm yolların, həm infrastruktur layihələrinin, məktəblərin, xəstəxanaların tikintisi dayanmadı. Bu il də belədir. Bu il nəzərdə tutulmuş bütün investisiya layihələri icra ediləcək, özü də artıqlaması ilə. Bu, imkan verir ki, biz heç kimdən asılı olmayaraq müstəqil həyat sürək, ölkəmizi inamla irəliyə aparaq və Azərbaycan xalqının rifah halının yaxşılaşması üçün əlavə tədbirlər görək”.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci matçında qələbə qazanıb
Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur
Trump Tower Tbilisi Gürcüstan paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO
"Le Figaro": Fransada dizelin qiyməti rekord həddə çatıb
Rejissor Andrey Zvyaqintsev Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO
"PeşəFest-2026" başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - VİDEO
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Rusiya Ermənistana xəbərdarlıq edib
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Makronun həyat yoldaşı ilə bağlı məhkəmə işində bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Yevlaxda iki yük maşını toqquşub
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
FHN Cəlilabadda seminar-müşavirə keçirib
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur
Bəhruz Nağıyev: Bank sektorunda rəqabət kifayət qədər yüksəkdir
“Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Cəlilabadda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO
General-mayor İsgəndər Allahverdiyev Hərbi Memorial Məzarlıqda dəfn edilib - FOTO - YENİLƏNİB
“PAŞA Bank” gələn ay səhmdarlarına dividend ödəyəcək
Ziya Bünyadov prospektinin bir hissəsində avtobus zolağının qüvvədə olma saatı uzadılıb
Salyanda motosiklet piyadanı vuraraq öldürüb
QHT-lər Ermənistanın işğaldan azad edilmiş ərazilərə səfər etmiş diplomatik korpusa qarşı kampaniyasını pisləyib
Şuşada Milli Musiqi Günü qeyd edilib - FOTO
Moskva Tokiodan Amerika raket komplekslərinin Yaponiyadan çıxarılmasını tələb edib
“PAŞA Bank” Naxçıvanda günəş enerjisi layihəsinə 8,5 mln. manat ayırıb
“PAŞA Bank”ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb
Sumqayıtda yeni mənzillər satışa çıxdı - Qiymətlər və şərtlər
Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində: Milyonlarla avroluq cinayət işinin detalları
“Aqrarkredit”in bir neçə əmlakı ilk hərracda aşağı qiymətə satılıb
Litva hərbi təhdid olduğu təqdirdə, əhalisini Polşaya təxliyə edəcək
Alban-Udi xristian dini icması Ermənistanın Gəncəsər və Xudavənglə bağlı revanşist reaksiyalarını qınayıb - BƏYANAT
FHN-in nümayəndəsi beynəlxalq konfransda iştirak edib
Britaniyalı diplomat silah tədarükü ilə bağlı Rusiya XİN-ə çağırılıb, Moskva Londonu hədələyib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Futbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb