Bank Of Baku

Azərbaycanda yeni seçici siyahısı mayın sonuna hazır olacaq

Azərbaycanda yeni seçici siyahısı mayın sonuna hazır olacaq
# 30 aprel 2010 08:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanda 2010-cu il üçün seçici siyahılarının yenidən hazırlanması prosesi may ayının sonunda başa çatacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev APA-ya bildirib ki, hazırda seçici siyahıları MSK tərəfindən dəqiqləşdirilir. Onun sözlərinə görə, bu ilin yanvarından proses seçki məntəqələrində başlayıb və aprelin 5-nə kimi Dairə Seçki Komissiyaları siyahıları MSK-ya təhvil verib. Siyahılar hazırlandıqdan sonra MSK-nın iclasında təsdiq olunacaq və aşağı seçki komissiyalarına göndəriləcək. Həmçinin yeni siyahılar MSK-nın rəsmi saytında da yerləşdiriləcək.

Qeyd edək ki, sonuncu dəfə Azərbaycanda seçici siyahıları 2009-cu il bələdiyyə seçkilərində dəqiqləşdirilib. O zaman ölkə üzrə 4 milyon 612 min 727 seçici olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR