Bank Of Baku

Ümid Partiyası 1 may mitinqini təxirə salıb

Ümid Partiyası 1 may mitinqini təxirə salıb
# 30 aprel 2010 13:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ümid Partiyası mayın 1-nə təyin etdiyi kütləvi aksiyanı təxirə salıb. Partiya Ali Məclisinin sədri Ənvər Ağazadə APA-ya açıqlamasında bildirib ki, Bakı şəhər İcra Hakimiyyəti aksiyanın partiyanın təyin etdiyi yerlərdə keçirilməsinə icazə verməyib, partiya isə şəhər rəhbərliyinin təklif etdiyi yerlərdə mitinq keçirməkdən imtina edib: “Amma növbəti həftə bizim növbəti aksiyamızın vaxtı müəyyənləşdiriləcək. Bu dəfə də şəhər rəhbərliyi bizim təyin etdiyimiz yerlərdə aksiyaların keçirilməsinə icazə verməsə, o zaman icazəsiz mitinqlər keçiriləcək”.

Qeyd edək ki, Ümid Partiyası Fizuli meydanı, “Nərimanov” kinoteatrının qarşısı və ya Ukrayna dairəsində mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR