Bank Of Baku

Azərbaycan Milli Məclisinin üzvləri Böyük Britaniyada keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər

Azərbaycan Milli Məclisinin üzvləri Böyük  Britaniyada  keçiriləcək  parlament  seçkilərini  müşahidə  edəcəklər
# 01 may 2010 12:04 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova və deputat Azay Quliyev ATƏT-in müşahidəçi missiyasının tərkibində Böyük Britaniyada keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, millət vəkilləri mayın 3-dən 8-dək bu ölkədə səfərdə olacaqlar. Onlar London şəhərindəki seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin olunması ilə maraqlanacaq, burada keçiriləcək görüşlərdə Azərbaycanın seçki təcrübəsi barədə məlumat verəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR