Bank Of Baku

Parlamentin komitə sədri Türkiyədə keçiriləcək “Avrasiyanın İqtisadi Zirvələri 2010” XIII Zirvə toplantısında iştirak edəcək

Parlamentin komitə sədri Türkiyədə keçiriləcək “Avrasiyanın İqtisadi Zirvələri 2010” XIII Zirvə toplantısında iştirak edəcək
# 01 may 2010 12:20 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova mayın 3-də Türkiyəyə səfərə yola düşəcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, deputat İstanbulda keçiriləcək “Avrasiyanın İqtisadi Zirvələri 2010” XIII Zirvə toplantısında iştirak edəcək. Tədbirin təşkilatçısı Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzidir. Səfər mayın 7-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR