Bank Of Baku

Bakıda bir qrup sol təmayüllü təşkilat 1 May - Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günü münasibətilə aksiya keçirib

Bakıda bir qrup sol təmayüllü təşkilat 1 May - Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günü münasibətilə aksiya keçirib
# 01 may 2010 13:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Azərbaycanın bir qrup sol təmayüllü təşkilatları 1 May - Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günü münasibətilə aksiya keçirib. Azərbaycan Mütərəqqi Sosialist partiyasının (AMSP) sədri Rüstəm Şahsuvarovun APA-ya verdiyi məlumata görə, aksiya Azərbaycan Kommunist Partiyasının (Marksizm-Leninizm Platformasında), Azərbaycan Mütərəqqi Sosialist Partiyasının (AMSP), Yeni Nəsil Azərbaycan Kommunist Partiyasının, “Azərbaycanın Sol Sosialistləri” müstəqil ekspert qrupunun, Beş Kubalı qəhrəmanın hüquqlarının müdafiəsi üzrə Azərbaycan İctimai Komitəsinin və “Çe Gevara fanatları” Klubunun nümayəndələrinin iştirakı ilə Bakının Nobel prospektində yerləşən “Bakı Fəhləsi” heykəlinin qarşısında keçirilib. Abidənin üstünə SSRİ-nin dövlət bayrağı sancılıb.

Aksiyada AKP (M-L) sədri Telman Nurullayev, AMSP sədri Rüstəm Şahsuvarov və digər tədbir iştirakçıları çıxış ediblər. Aksiya “1 May”ın qeyd edilməsi ilə bağlı birgə bəyanatın oxunması və “İnternasional” beynəlxalq fəhlə himnin səsləndirilməsi ilə yekunlaşıb.

Aksiya zamanı heç bir insident baş verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR