Bank Of Baku

DUİ seçki qərargahı yaradıb

DUİ seçki qərargahı yaradıb
# 03 may 2010 14:39 (UTC +04:00)
Bakı – APA. Mayın 3-də Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) mənzil-qərargahında Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. DUİ-dən APA-ya verilən məlumata görə, SŞ 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktı nəticəsində baş vermiş faciənin ildönümünə həsr olunmuş aksiyada iştirakçılara, xüsusilə də gənclərə qarşı iqtidarın zor tətbiq etməsini pisləyib və aksiya zamanı həbs olunanların azadlığa buraxılmasını tələb edib.

DUİ müxalifətin birliyi üçün səy göstərdiyi və güzəştlərə getdiyi bir vaxtda “Azadlıq” qəzetinin tutduğu mövqeni müxalifətin birliyinə və milli maraqlara zərbə kimi qiymətləndirib.

Yığıncaqda seçki qərargahının formalaşdırılması istiqamətində qərarlar qəbul edilib. Əhməd Oruc qərargahın sədri, Pənah Hüseyn isə müavini seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR