Bank Of Baku

YAP “Heydər Əliyev və inkişafın Azərbaycan modeli” mövzusunda konfrans keçirəcək

YAP “Heydər Əliyev və inkişafın Azərbaycan modeli” mövzusunda konfrans keçirəcək
# 04 may 2010 07:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Yeni Azərbaycan Partiyası (YAP) Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və inkişafın Azərbaycan modeli” mövzusunda konfrans keçirəcək. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, konfransda YAP İdarə Heyətinin üzvlərindən təhsil naziri Misir Mərdanov və Milli Məclisin komitə sədri Arif Rəhimzadə, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov məruzə ilə çıxış edəcəklər. Konfrans plenar iclasdan sonra “Heydər Əliyev yolu - milli inkişaf strategiyası”, “İnkişafın Azərbaycan modeli: başlıca xüsusiyyətlər və meyllər” və “Azərbaycan yeni mərhələdə: uğurlu nəticələr və perspektivlər” mövzusunda bölmə iclaslarında öz işini davam etdirəcək.

May ayının 8-də keçiriləcək konfransdan əvvəl iştirakçılar Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR