Şahin Əliyev: “Qanunverici və icraedici hakimiyyətlər arasında qanunvericilik işlərinin planının qarşılıqlı razılaşdırılması adi prosedura sayılır”
- Guya Konstitusiya çevrilişi həyata keçirildiyi barədə “dərin düşüncəli” mühakimələrə qanun layihəsinin 43.1 maddəsi səbəb olub. Məqalə müəllifləri iddia edir ki, bu maddəyə əsasən Milli Məclisin qanunvericilik planı mütləq Prezidentlə razılaşdırılmalı və bundan sonra Azərbaycan Prezidentinin razılığı olmadan parlament heç bir qanunu qəbul etmək hüququna malik deyil. Qanun layihəsinin 43.1 maddəsində belə əks olunub: “Müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Prezidenti qanun layihələrinin hazırlanmasının qarşılıqlı razılaşdırılmış illik planını tərtib edir”. Söhbət qarşılıqlı şəkildə razılaşdırmadan gedir. Əgər məqalə müəlliflərinin məntiqi ilə yanaşsaq, onda iddia etmək olar ki, Azərbaycan Prezidenti də Prezident Administrasiyasının qanunvericilik işləri planına bir layihə də daxil edə bilməz. Qanunverici və icraedici hakimiyyətlər arasında qanunvericilik işlərinin planının qarşılıqlı razılaşdırılması praktikası demokratik ölkələrdə adi prosedura sayılır. Söhbət layihələrin hazırlanması fəaliyyətin koordinasiya olunmasından, bu prosesdə bir-birini təkrarlamağa yol verməməkdən gedir.
- Sizcə, Konstitusiya çevrilişi ilə bağlı sensasiyalı iddiaların ortalığa çıxmasına nə səbəb olub?
- Məncə, söhbət istənilən yolla, hətta ictimaiyyət üçün açıq olan bir sənədin konkret müddəalarının təhrif edilməsi ilə sensasiya axtarışından gedir. Nədənsə. normativ aktların layihələrinin linqvistik, hüquqi və digər ekspertizalarının, o cümlədən antikorrupsiya ekspertizasının keçirilmə ardıcıllığının dəqiq şəkildə əks olunduğu qanun layihəsinin müddəaları qəzetdə dərc olunan məqalələrin müəlliflərinin nəzərindən qaçıb. “Normativ-hüquqi aktlar” barədə Konstitusiya qanunu layihəsi Venesiya Komissiyasında, həmçinin avropalı ekspertlər tərəfindən ekspertizadan keçirilib. Azərbaycan 2006-cı ildə Avropa İttifaqı ilə imzaladığı Fəaliyyət Planına əsasən normativ aktlara dair qanun layihələrinin antikorrupsiya ekspertizasından keçirilməsinin təmin olunması barədə Avropa Komissiyası qarşısında öhdəlik götürüb. Özünü demokratik hesab edən mətbuat özü demokratiyanın qaydalarına riayət etmir. Bir müddət əvvəl mən özüm “Azadlıq” qəzetində senzuranın mövcudluğu faktı ilə rastlaşdım. Qəzetin 19 aprel saylı nömrəsində Rövşən Hacıbəylinin mənim haqqımda yazdığı məqalədə iddia olunurdu ki, guya mən Prezident Aparatına işə 1992-ci ildə Xalq Cəbhəsinin hakimiyyəti dövründə götürülmüşəm. “Azadlıq” qəzetinin elektron formatı oxucuların məqalələrə dair öz şərhlərini yazmasına imkan verir. Lakin mənim və tanışlarımın məqalə müəllifini bu vəzifəyə hələ Sovet İttifaqı dövründə, 1991-ci ilin oktyabrında təyin olunmağım barədə inandırmaq cəhdlərim boşa çıxdı. Bu məqaləyə şərhlər “Azadlıq” qəzetinin saytında yerləşdirilmədi.
Daxili siyasət
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Xəbər Lenti
Azərbaycan lideri Mavritaniya Prezidentinə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev albaniyalı həmkarını təbrik edib
İran-Azərbaycan sərhədini pozmağa cəhd edən 2 Əfqanıstan vətəndaşı saxlanılıb
Azərbaycan 10 ayda çay ixracından 6 mln. manatdan çox gəlir əldə edib
Avropa Komissiyasının nümayəndəsi: Aİ Naxçıvan dəmir yolu üzrə texniki araşdırma aparır, bu, region üçün strateji layihədir - MÜSAHİBƏ
Ukrayna ötən gecə Rusiyanın iki neft obyektinə zərbə endirib - VİDEO
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb
CSCA imtahanına qeydiyyat başladı – UniDestin namizədlərə dəstək göstərir
Dünən gecə Ukraynanın Rusiyaya ən böyük dron hücumlarından biri baş verib
“Bitcoin”in qiyməti 60 min dollardan aşağı düşüb
Gəncədə 15 yaşlı yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
KTMT: Ermənistanın təşkilatdan çıxarılması məsələsi gündəmdə deyil
Xaçmazda maşın ağaca çırpılıb, 26 yaşlı sürücü xilas edilib - VİDEO
“NYMEX” birjasında təbii qazın dəyəri azalıb
“Brent” markalı neft ucuzlaşıb
Ağsuda iki maşın toqquşub, bir nəfər ölüb
Polşa Baş Prokurorluğu Kaçinskinin də həlak olduğu Smolensk təyyarə qəzasının səbəbini açıqlayıb
Azərbaycan nefti 101.4 dollara ticarət olunur
Melaniya Tramp Rusiya və Ukrayna ilə bağlı humanitar fəaliyyətini davam etdirdiyini bildirib
Almaniyada dron aşkarlanması hava limanında uçuşların dayandırılmasına səbəb olub
Səudiyyə Ərəbistanı husilərin raketini havada məhv edib
Vaşinqton hava limanında iki sərnişin təyyarəsinin qanadları bir-birinə toxunub
CENTCOM Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edildiyini açıqlayıb
Tramp 2028-ci il seçkilərində varisini mümkün qədər gec açıqlamaq niyyətindədir
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
SEPAH Hörmüz boğazında iki gəminin minaya düşməsi ilə bağlı məlumat yayıb
Zelenski Ukraynanın Liviyadakı əməliyyatının tərəfdaşlarla razılaşdırılmadığını etiraf edib
Suriyada hökumət qüvvələrinin mövqelərinə hücum edilib
Hakan Fidan: Məkkə İttifaqının əsas məqsədi sülhə və sabitliyə töhfə verməkdir
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə regionda gərginliyin azaldılmasına çağırıb
Almaniya Ukraynaya dəstək üçün 11,6 milyard avro ayıracaq
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Ukrayna və Estoniya Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub
Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək - VİDEO
Azərbaycanla BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq müzakirə edilib
Ekspert: İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır