Bank Of Baku

AMİP nümayəndə heyəti İsveçdə keçirilən seminarda iştirak edəcəklər

AMİP nümayəndə heyəti İsveçdə keçirilən seminarda iştirak edəcəklər
# 04 may 2010 12:41 (UTC +04:00)
Bakı-APA. AMİP Gənclər Təşkilatının 5 nəfərdən ibarət nümayəndə heyəti İsveçin hakim Moderat Partiyası Gənclər Təşkilatının dəvəti ilə “Demokratiyanın prinsipləri” mövzusunda keçiriləcək seminara qatılmaq üçün may ayının 6-dan 12-dək bu ölkədə səfərdə olacaqlar. Partiyadan APA-ya verilən məlumata görə, Avropa ölkələri Gənclər Təşkilatlarının iştirakı ilə keçiriləcək tədbirdə AMİP-çi gənclər öz həmyaşıdları ilə fikir və təcrübə mübadiləsi aparacaqlar. Nümayəndə heyətinin proqram çərçivəsində İsveç parlamentində təmsil olunan gənc parlament üzvləri ilə görüşləri də nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR