Bank Of Baku

“Azadlıq” bloku mayın 15-də mitinq keçirmək barədə qərar qəbul edib

“Azadlıq” bloku mayın 15-də mitinq keçirmək barədə qərar qəbul edib
# 05 may 2010 09:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azadlıq” blokuna daxil olan partiyalar mayın 15-də mitinq keçirmək barədə qərar qəbul ediblər. Blokda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov APA-ya bildirib ki, aksiyanın keçirilməsi ilə bağlı sabah Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediləcək. H. Kərimov mitinqin keçirilməsi üçün 5 meydandan - Nərimanov kinoteatrının qarşısı, Səməd Vurğun bağı, Füzuli meydanı, Hüseyn Cavid bağı və Cəfər Cabbarlı heykəlinin qarşısı – birinin seçiləcəyini deyib. Əvvəlkindən fərqli olaraq Ali Məclis sədri bu dəfə mitinq qərarının piketlə əvəz olunmayacağını qeyd edib: “Artıq piketlər qurtardı. Biz mayın 15-də istənilən halda mitinq keçirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR