Bank Of Baku

Sülhəddin Əkbər: ““Azadlıq” bloku birgə aksiya keçirmək barədə razılaşmanı pozdu”

Sülhəddin Əkbər: ““Azadlıq” bloku birgə aksiya keçirmək barədə razılaşmanı pozdu”
# 05 may 2010 10:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası DUİ və “Azadlıq” bloku ilə birgə mitinqlərin keçirilməsinə çalışacaq. Bu barədə APA-ya Müsavat Məclisinin sədri Sülhəddin Əkbər bildirib. Onun sözlərinə görə, bununla bağlı Müsavat başqanı ilə AXCP sədri arasında iki dəfə görüş keçirilib, bu görüşlərdə birgə aksiyaların keçirilməsi barədə razılıq əldə olunub: “Amma sonradan “Azadlıq” bloku aksiyanı mayın 15-nə təyin etdi və bunu açıqladı. Halbuki, razılaşma belə idi ki, bu mitinqi birgə keçirək. Ona görə də məcbur qalıb biz də mitinqin tarixini elan etdik. Amma yenə də danışıqlar aparıb bu aksiyanı birgə keçirmək olar. Əsas səylər bu istiqamətdə olacaq”.

S. Əkbər onu da qeyd edib ki, parlament seçkilərinə namizədlərin irəli sürülməsində də müəyyən razılaşmaların olması üçün müzakirələr aparılacaq: “Böyük ehtimalla partiyaların rəhbərliyinə daxil olan şəxslərin irəli sürüldüyü dairələrdən alternativ irəli sürməməyə çalışacağıq”.

Qeyd edək ki, Müsavat Partiyası mayın 21-də, “Azadlıq” bloku isə mayın 15-də mitinq keçirmək barədə qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR