Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatı 8 mayın “İşğalçılara nifrət günü” kimi qeyd olunmasını qərara alıb

Qarabağ Azadlıq Təşkilatı 8 mayın “İşğalçılara nifrət günü” kimi qeyd olunmasını qərara alıb
# 05 may 2010 11:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Şuşanın işğalının ildönümü ilə bağlı aksiyalar keçirəcək. Təşkilatın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, QAT 8 mayın “İşğalçılara nifrət günü” kimi qeyd olunmasını qərara alıb. Həmin gün Bakıda və bölgələrdə şəhidlər xiyabanlarının ziyarət edilməsi, işğalçı Ermənistanın bayrağının, onun terrorçu rəhbərlərinin şəkillərinin yandırılması və digər tədbirlər nəzərdə tutulur.

QAT hesab edir ki, Şuşa Qarabağın simvolu, Azərbaycan mədəniyyətinin ən qədim və zəngin məkanlarından biri olduğuna görə məhz həmin gün işğalçılara nifrətin xüsusi şəkildə ifadə edilməsi məqsədəuyğundur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR