Bank Of Baku

Mübariz Əhmədoğlu: “Serj Sarkisyan Obama ilə görüşdən sonra mövqeyini sərtləşdirib”

Mübariz Əhmədoğlu: “Serj Sarkisyan Obama ilə görüşdən sonra mövqeyini sərtləşdirib”
# 05 may 2010 12:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) aprel ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hesabatını açıqlayıb. APA-nın məlumatına görə, mərkəzin rəhbəri Mübariz Əhmədoğlu bununla bağlı keçirdiyi mətbuat konfransında İranın dünyanın bir nömrəli problemi olduğunu deyib. O bildirib ki, bu vaxta qədər İranın ümid bəslədiyi Çin də mövqeyini dəyişir: “Çin artıq ABŞ-ın mövqeyini dəstəkləməyə başlayıb. ABŞ və Rusiya da hesab edirlər ki, İranın nüvə silahı yaratması qonşu dövlətlərdə sürətlə silahlanmaya, o cümlədən nüvə silahlanmasına təkan verəcək”.

M. Əhmədoğlu ötən ay Ermənistan ətrafında cərəyan edən ictimai-siyasi prosesləri də təhlil edib. Onun sözlərinə görə, ABŞ prezidenti Barak Obama ilə görüşdükdən sonra Ermənistan prezidenti və xarici işlər naziri mövqelərini daha da sərtləşdiriblər: “Hazırda Ermənistan rəsmilərinin mövqeyi bir il əvvəlki qədər sərtdir. Hətta manevr üçün yer qalmır. Yenilənmiş Madrid prinsiplərinin Ermənistan tərəfindən qəbulu artıq gündəmdən çıxarılıb”.

M. Əhmədoğlu qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ətrafında baş verən proseslər Azərbaycanın xeyrinədir. Onun fikrincə, Ermənistanın mövqeyini sərtləşdirməsi gözlənilən addım olduğu üçün heç nəyi dəyişmir.

Aylıq hesabatda ötən ay Gürcüstanda, Orta Asiyada və dünyanın digər bölgələrində baş verən hadisələrin analitik təhlili də əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR