Bank Of Baku

ATƏT-in Bakı ofisinin rəhbəri MSK sədri ilə görüşüb

ATƏT-in Bakı ofisinin rəhbəri MSK sədri ilə görüşüb
# 05 may 2010 12:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüş keçirib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, M. Pənahov rəhbərlik etdiyi qurumun həmişə beynəlxalq qurumlarla əlaqələrə önəm verdiyini deyib. Qarşıdan gələn parlament seçkilərində də beynəlxalq qurumlarla, o cümlədən ATƏT-in Bakı ofisi ilə sıx əməkdaşlıq edəcəklərini bildirən M. Pənahov, bunun faydalı olduğunu vurğulayıb.

Ə. B. Cankorel isə ATƏT-lə MSK arasında uzun müddətdən bəri davam edən faydalı əməkdaşlıqdan məmnunluğunu dilə gətirib və münasibətlərin bundan sonra da Azərbaycanın seçki sisteminə dəyərli töhfələr verəcəyinə əminlik ifadə edib.

Görüşdə parlament seçkiləri ərəfəsində MSK-nın ATƏT-lə birgə keçirəcəyi tədbirlər barədə fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR