Bank Of Baku

DUİ Müsavat Partiyasının kütləvi aksiyasına dəstək verəcək

DUİ Müsavat Partiyasının kütləvi aksiyasına dəstək verəcək
# 05 may 2010 13:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mayın 5-də Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbədənkənar toplantısı keçirilib. Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda parlament seçkilərində müxalifətin birgə iştirakı ilə bağlı məsləhətləşmələrin gedişi, Xalq Partiyasının məsləhətləşmələrdən imtinası, Müsavat Partiyasının mayın 21-nə təyin etdiyi aksiyada birgə iştirakla bağlı müzakirə aparılıb. DUİ ilə Müsavat Partiyası arasındakı məsləhətləşmələri müxalifətin 2010-cu il parlament seçkilərində vahid blok şəklində iştirakı istiqamətində mühüm addım kimi qiymətləndirən Sədrlər Şurası Xalq Partiyasının imtinasından təəssüflənib.

DUİ Müsavat Partiyasının mayın 21-nə təyin etdiyi aksiyada təşkilat qismində iştirakla bağlı qəbul edib. İttifaq bu aksiyanı seçkiöncəsi mühitin demokratikləşdirilməsi, seçkiyə qədər siyasi situasiyanın dəyişdirilməsi yönündə doğru addım kimi qiymətləndirib.

DUİ Siyasi Şurası həmçinin parlament seçkilərində müxalifəti vahid siyahı ilə iştiraka çağıran bəyanat qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR