Bank Of Baku

Milli Məclisin mayın 7-nə nəzərdə tutulan iclası təxirə salınıb

Milli Məclisin mayın 7-nə nəzərdə tutulan iclası təxirə salınıb
# 06 may 2010 07:30 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin sabah keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən bildirilib. Məlumata görə, parlamentin mayın 7-ə nəzərdə tutulan iclası ayın 11-ə keçirilib. Mətbuat xidməti iclasın təxirə salınmasının səbəbini açıqlamayıb.

Qeyd edək ki, iclasın gündəliyinə “Əzizbəyov rayonunun adının dəyişdirilməsi haqqında”, “Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun layihələri və digər sənədlər daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR