Bank Of Baku

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək
# 06 may 2010 13:14 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasına görə, ölkədə parlament seçkiləri 5 ildən bir, Milli Məclis üzvlərinin səlahiyyət müddəti başa çatdığı ilin noyabr ayının birinci bazar günü keçirilir. Bu il noyabr ayının 1-ci bazar günü isə ayın 7-nə təsadüf edir.

Seçki Məcəlləsinin tələbinə görə, seçki prosesinə səsverməyə ən azı 75 gün qalmış rəsmi start verilir.

Qeyd edək ki, qanunvericiliyə görə, parlament seçkilərinin təyin edilməsi ölkə prezidentinin səlahiyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR