Bank Of Baku

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
# 06 may 2010 13:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda 54 saylı Dəvəçi-Siyəzən seçki dairəsinin Dairə Seçki Komissiyasının adı dəyişdirilib. MSK katibi Natiq Məmmədov bildirib ki, Dəvəçi rayonunun Şabran adlandırılması ilə bağlı qərara uyğun olaraq 54 saylı DSK-nın Şabran-Siyəzən DSK-sı adlandırılacaq.

İclasda bəzi təlimatlara müzakirələrdən sonra dəyişiklik edilib.

Milli Məclisə seçkilərdə xüsusi seçki hesablarının açılması qaydaları müzakirə edilərkən MSK üzvü Akif Qurbanov təklif edib ki, namizədlərin seçki hesablarının açılması pulsuz olsun. MSK sədri Məzahir Pənahov isə bildirib ki, əvvəllər bu məsələyə MSK tərəfindən müdaxilə edilib problemin həllinə çalışıblar. O, parlament seçkilərində də bank hesablarının açılmasının pulsuz olmasına çalışacağını qeyd edib.

Seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi ilə bağlı təlimatın müzakirəsi zamanı N. Məmmədov bildirib ki, deputatlığa namizədin seçki fondunun məbləği 500 min manatdan artıq ola bilməz. Partiyaların və seçki bloklarının seçki fondu isə irəli sürdükləri namizədlərin sayına uyğun olmalıdır. Seçki fonduna Azərbaycan vətəndaşı olmayan şəxslər, xarici təşkilatlar, hərbi hissələr, dövlət qurumları və anonim şəxslərin vəsait köçürməsi qadağan edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR