Bank Of Baku

Azərbaycan prezidenti Qələbənin 65-ci ildönümü münasibətilə keçirilən mərasimdə iştirak edib

Azərbaycan prezidenti Qələbənin 65-ci ildönümü münasibətilə keçirilən mərasimdə iştirak edib
# 07 may 2010 09:16 (UTC +04:00)
APA-nın məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Dövlət başçısı Böyük Vətən müharibəsinin görkəmli sərkərdələrindən biri, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə əklil qoyub, cəsur sərkərdənin, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edib.

Prezident abidə önünə toplaşmış müharibə veteranlarını salamlayıb, onları Qələbə günü münasibətilə təbrik edib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçib.

Azərbaycan prezidenti Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə səmimi görüşüb, Qələbə günü münasibətilə onları təbrik edib.

Mərasimdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR