Bank Of Baku

Cəmşid Naxçıvanski adına hərbi liseydə anım tədbiri keçirilib

Cəmşid Naxçıvanski adına hərbi liseydə anım tədbiri keçirilib
# 07 may 2010 13:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Səbail rayon İcra Hakimiyyəti Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı Cəmşid Naxçıvanski adına hərbi liseydə anım tədbiri keçirib. APA-nın məlumatına görə, tədbirdə liseyin kursantları, Səbail rayonunun məktəbliləri iştirak edib.

Səbail rayon İH-nin başçısı Asif Əsgərov çıxışında H. Əliyevin C. Naxçıvanski adına liseyi yaratmasının tarixçəsini danışıb. O, Azərbaycan ordusunun yaranmasında, inkişafında bu liseyin məzunlarının böyük əməyinin olduğunu vurğulayıb: “Azərbaycan bu gün müharibə şəraitindədir, torpaqlarımız işğal altındadır. Prezident bildirib ki, torpaqları sülh yolu ilə ala bilməsək, güc yolu ilə alacağıq. Ona görə də, hərbi hazırlığımız yüksək səviyyədə olmalıdır”.

Hərbi liseyin rəisi Mirzə Almasov isə H. Əliyevin həyat və fəaliyyəti, liseyin tarixi barədə məruzə ilə çıxış edib.

Daxili Qoşunların komandanı Zakir Həsənov çıxışında peşəkar zabit heyətinin mövcudluğunun dövlətçilik üçün ən vacib şərtlərdən biri olduğunu bəyan edib.

Çıxışlardan sonra tədbir iştirakçıları liseyin qərargahına, yeməkxanasına, kazarmasına baxış keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR