Bank Of Baku

Milli Məclisin deputatları Rusiya, Latviya və Türkiyəyə səfər edəcəklər

Milli Məclisin deputatları Rusiya, Latviya və Türkiyəyə səfər edəcəklər
# 07 may 2010 14:10 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin deputatı Elmira Axundova Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş beynəlxalq konfransda iştirak etmək üçün mayın 11-dən 18-dək Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaq. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfər çərçivəsində H. Əliyevə həsr olunan sərgi nümayiş etdiriləcək, Elmira Axundovanın müəllifi olduğu “Heydər Əliyev: şəxsiyyət və zaman”, “İslahatçı prezident” çoxcildli kitablarının təqdimatı keçiriləcək.

Milli Məclisin digər deputatı Fəzail Ağamalı da Sankt-Peterburqa gedəcək. O, MDB Parlamentlərarası Assambleyasının Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının mayın 12-16-da keçiriləcək iclasında iştirak edəcək.

Deputatlar Elton Məmmədov, Əli Məsimli və Mirkazım Kazımov Baltik Assambleyasının təşkilatçılığı ilə keçiriləcək dəyirmi masada iştirak etmək üçün mayın 12-də Latviyaya gedəcəklər. Musa Quliyev isə mayın 8-də Türkiyənin İzmir şəhərində “Qara dəniz regionunda beynəlxalq ticarət” mövzusunda keçiriləcək toplantıya qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR