Bank Of Baku

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
# 07 may 2010 15:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibəti ilə Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müşavirədə çıxış edən YAP sədrinin müavini Əli Əhmədov H. Əliyevin anadan olmasının 87-ci ildönümü münasibəti ilə partiyanın bütün rayon və şəhər təşkilatlarında müxtəlif səpkilərdə geniş tədbirlərin keçirildiyini bildirib. O, H. Əliyevin davamçısı İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan böyük uğurlar qazandığını, ölkənin sürətlə inkişaf etdiyini bildirib: “Bu inkişaf sadəcə statistikada deyil, vətəndaşların həyatının köklü surətdə dəyişməsində özünü göstərir. Son illər həyata keçirilən siyasət nəticəsində Azərbaycanın siması yeniləşib, müasirləşib və bütün bunlar xalqımız tərəfindən tam dəstəklənir, dövlətimizin başçısına inamı daha da gücləndirir”.

Müşavirədə həmçinin, YAP icra katibinin müavini Siyavuş Novruzov çıxış edərək, partiyanın rayon və şəhər təşkilatlarının aparat işçilərinin attestasiyasının yekunları haqqında ümumi məlumat verib.

Müşavirədə partiyanın qarşısında duran vəzifələr haqqında geniş fikir mübadiləsi aparıldı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR