Bank Of Baku

Azərbaycan prezidenti: “Təbii fəlakətdən ziyan çəkən əhaliyə kompensasiya ödəniləcək, onlara hərtərəfli köməklik göstəriləcək”

Azərbaycan prezidenti: “Təbii fəlakətdən ziyan çəkən əhaliyə kompensasiya ödəniləcək, onlara hərtərəfli köməklik göstəriləcək”
# 07 may 2010 16:08 (UTC +04:00)
APA-nın AzTV-yə istinadən verdiyi məlumata görə, prezident bildirib ki, respublikada 40 rayonun ərazisində subasma halları baş verib, 20 min ev su altında qalıb, 300-dən çox ev uçub, 2000 ev qəzalıdır, 50 min hektar əkin və örüş sahəsini su basıb.

Dövlət başçısı qeyd edib ki, Kürdə suyun səviyyəsinin kəskin qalxması ilə əlaqədar mühafizə tədbirləri gücləndirilir, təbii fəlakətdən ziyan çəkən əhaliyə kömək göstərilir, onlar müvəqqəti məskunlaşdırılır, həmin şəxslərə müvafiq yardımlar edilir. Prezident xüsusi vurğulayıb ki, Azərbaycan dövləti vaxtında qabaqlayıcı tədbirlər həyata keçirməsəydi, təbii fəlakətin nəticələri daha böyük və acınacaqlı olardı. Dövlət başçısı Kür çayı boyunca mühafizə tədbirlərində iştirak edən qurumların və əhalinin əməyini yüksək qiymətləndirib, əlavə tədbirlər barədə tapşırıqlarını verib.

Bundan başqa, prezident yaxın 2 il üçün kompleks tədbirlər planın hazırlanması və tezliklə əlavə texnikaların alınması barədə də tapşırıq verib. Dövlət başçısı təbii fəlakətdən ziyan çəkən əhaliyə müvafiq kompensasiya ödəniləcəyini, onlara hərtərəfli kömək göstəriləcəyini və həmin şəxslərin sosial problemlərinin həll olunacağını bildirib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, səhiyyə naziri Oqtay Şirəliyev, nəqliyyat naziri Ziya Məmmədov, kənd təsərrüfatı naziri İsmət Abasov, ekologiya və təbii ehtiyatlar naziri Hüseyn Bağırov Kürdə suyun səviyyəsinin qalxması ilə bağlı real vəziyyət və təbi fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət başçısına ətraflı məlumat veriblər.

Prezident İlham Əliyev təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsini və kompleks tədbirlər planın hazırlanmasının sürətləndirilməsi barədə tapşırıq verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR