Azərbaycan prezidenti: «Təbii fəlakətdən ziyan çəkən əhaliyə kompensasiya ödəniləcək, onlara hərtərəfli köməklik göstəriləcək» - YENİLƏNİB
APA-nın «Azərtac»a istinadən verdiyi məlumata görə, prezident bildirib ki, respublikada 40 rayonun ərazisində subasma halları baş verib, 20 min ev su altında qalıb, 300-dən çox ev uçub, 2000 ev qəzalıdır, 50 min hektar əkin və örüş sahəsini su basıb: «Mən bu günlər ərzində hər yerdə vəziyyətlə maraqlanmışam, müvafiq göstərişlər vermişəm. Azərbaycanın bütün müvafiq qurumları əlindən gələni edirlər ki, dəymiş bu ziyanı aradan qaldıraq, insanlara kömək edək. Müxtəlif rayonlarda bu vəziyyətdən əziyyət çəkən insanlar öz evlərindən müvafiq məskunlaşma yerlərinə köçürüldü. Əlbəttə ki, bu təbii fəlakətin nəticələri aradan qaldırılandan sonra biz dəymiş bütün ziyanı hesablayacağıq, insanlara kömək göstərəcəyik, onlar üçün yeni evlər tikəcəyik. Əvvəlki illərdə də belə təcrübə olub. Sürüşmə zamanı əziyyət çəkən vətəndaşların ev tikintisinə dövlət kömək göstərmişdi və öz maliyyə resurslarını da cəlb etmişdi. Əlbəttə ki, dəymiş bütün ziyan hesablanacaq, biz bütün lazımi tədbirləri görəcəyik».
Prezident vurğulayıb ki, indiki şəraitdə əsas diqqət bütün lazımi tədbirlərin operativ şəkildə görülməsinə yönəldilməlidir. «Bütün texnika, bütün müvafiq qurumlar, rayonların əhalisi səfərbər olunub. Biz görülən tədbirlər nəticəsində daha böyük fəlakətdən özümüzü qoruya bildik. Ancaq buna baxmayaraq, təbii proseslər əlbəttə ki, bizə çox ciddi ziyan vurdu. Bu proseslər bütün dünyanı bürüyüb. Qonşu ölkələrdə də oxşar hadisələr baş verib, bəlkə bizdən daha da şiddətli vəziyyət yaranıb. Bütün başqa yerlərdə, başqa qitələrdə bu proseslər davam edir. Biz bütün tədbirləri görürük. Əlavə tədbirlər haqqında bu gün biz burada danışacağıq. Bütün müvafiq qurumlar öz vəzifə borcunu ləyaqətlə yerinə yetirirlər. Yerli əhali onlara kömək göstərir və göstərməlidir.
Ancaq bu operativ işlərlə yanaşı, biz əlbəttə ki, məsələnin kompleks şəkildə həll olunması haqqında tədbirlər planını hazırlamalıyıq. Çünki heç kim təminat verə bilməz ki, növbəti illərdə də biz bu problemlərlə üzləşməyəcəyik. Ona görə kompleks tədbirlərin görülməsi və kompleks planın hazırlanması prosesi başlanmalıdır, tezliklə bu təkliflər verilməlidir. Lazım olarsa dövlət büdcəsində düzəlişlər edilməlidir. Əlavə vəsaitin ayrılması qaçılmazdır. Çünki biz bu məsələləri operativ şəkildə həll etməliyik. Həm təbii fəlakətin qarşısının alınması üçün əlavə tədbirlər və maliyyə resursları cəlb olunmalıdır, eyni zamanda, dəymiş ziyanın aradan qaldırılması, insanlara kömək göstərmək üçün, əlavə texnika və avadanlığın alınması ilə bağlı təxirəsalınmaz tədbirlər görməliyik. Bu məqsədlə yəqin ki, əlavə maliyyə resurslarına da ehtiyac olacaqdır. Bu günə qədər Ehtiyat Fondundan müvafiq qurumlara vəsait ayrıldı. Bu vəsait hesabına çoxlu işlər görüldü, daha da çox işlər görülməlidir. İlk növbədə kompleks tədbirlər hazırlanmalıdır. Bu barədə əlbəttə ki, biz bu gün də danışacağıq. Gələcəkdə, yaxın zamanlarda təqdim olunacaq bütün təkliflər də kompleks tədbirlərdə öz əksini tapmalıdır. Hesab edirəm ki, ilk növbədə daha da ciddi və daha da böyük həcmdə sahilbərkitmə işləri aparılmalıdır. Hər il dövlət büdcəsindən sahilbərkitmə işlərinə vəsait ayrılır və o, az vəsait deyildir. Ancaq hər il, yaxud da ki, iki ildən bir bu sahilbərkitmə işlərinin nəticələrini su yuyub aparır. Yəni, hər il demək olar ki, biz bu işləri yenidən görməli oluruq. Ona görə bu tədbirlər birdəfəlik və kompleks şəkildə görülməlidir. Harada lazımdırsa beton işləri aparılmalıdır ki, sahillər bərkidilsin».
Prezident bəyan edib ki, sahilboyu yerlərdə tikilmiş qanunsuz evlər oradan köçürülməli və o qanunsuz sərəncamları vermiş məmurlar cəzalandırılmalıdır: «Əfsuslar olsun ki, biz ölkəmizin müxtəlif yerlərində belə xoşagəlməz hadisələrlə üzləşirik. Yerli icra orqanları harada gəldi, kimə gəldi torpaq sahələri ayırırlar və vətəndaşlar orada evlər tikirlər. O evlər orada yaşayanlar üçün təhlükə mənbəyidir. Çünki yüksək gərginlikli xətlərin altında tikilmiş evlər insanların sağlamlığına çox böyük ziyandır. Eyni zamanda, operativ təmir-tikinti işlərinin aparılması üçün bizə problem yaradır. Sahilboyu ərazilərdə tikilmiş bu evlər indi imkan vermir ki, orada sahilbərkitmə işləri lazımi səviyyədə aparılsın. Ona görə bu vaxta qədər buraxılmış bütün nöqsanlar, bəzi hallarda cinayətlər ciddi araşdırılmalıdır. Qanunsuz sərəncamları verən şəxslər müəyyən edilməlidir, onlara qarşı tədbirlər görülməlidir. Baxmayaraq ki, indi onlar vəzifədədir, yoxsa vəzifədən uzaqlaşdırılıblar və mənə tezliklə məlumat verilməlidir».
Prezident İlham Əliyev Kür çayının lildən təmizlənmə işlərinin daha da sürətlə aparılması barədə də tapşırıq verib: «Bu işlər bizdə yaxşı səviyyədə təşkil olunmayıb, ona görə çayın dibi ildən-ilə qalxır, o, lazımi səviyyədə təmizlənmir. Çayın dibi qalxdıqca, əlbəttə ki, çay özü üçün yeni məcralar axtarır. Ya qrunt sularının artmasına səbəb olur, yaxud da ki, sahildən çıxıb əkin sahələrini basır. Yəni, bu tədbirlər mütəmadi qaydada görülməlidir. Bir daha deyirəm, hazırlanacaq tədbirlər planında bu məsələlər kompleks şəkildə öz həllini tapmalıdır. Bu il lazımi vəsait ayrılmalıdır. Gələn ilin investisiya proqramında kifayət qədər maliyyə resursları ayrılmalıdır ki, əlavə texnika, müxtəlif avadanlıq alınsın. Biz elə etməliyik ki, özümüzü bu təbii fəlakətdən maksimum dərəcədə qoruya bilək. Təbii fəlakətlər elədir ki, insanlar bəzi hallarda onların qarşısında aciz qalırlar. Biz bunu bu yaxınlarda görmüşük. İslandiyada vulkanın püskürməsi nəticəsində demək olar ki, bütün Avropanın hava nəqliyyatı iflic vəziyyətinə düşüb. Yəni, bu elə bir təbii fəlakətdir ki, insanlar bunun qarşısında aciz qalırlar. Eyni zamanda, daşqınlar, torpaq sürüşmələri. Bəzi hallarda bütün bunları proqnozlaşdırmaq mümkün deyildir. Lap proqnozlaşdırmaq mümkündürsə, onun qarşısını almaq mümkün deyildir. Misal üçün, zəlzələ elə bir təbii fəlakətdir ki, onun qarşısında heç nə etmək mümkün deyildir. Yəni sadəcə olaraq, müasir sistemlərlə, yəni xəbərdarlıq etməklə itkiləri minimum səviyyəyə endirmək mümkündür».
Dövlət başçısı bəzi hallarda fəlakətə ev sahiblərinin fəaliyyətinin də səbəb olduğunu bildirib: «300-dən çox uçmuş evin böyük əksəriyyəti keyfiyyətsiz tikilib, çiy kərpiçdən tikilib. Yəni, buna da yol vermək olmaz. Vaxtilə evlər ucuz başa gəlsin deyə keyfiyyətsiz tikilib. Bir balaca su dəyən kimi o evlər uçur və xoşagəlməz hadisələr baş verir. Görülən tədbirlər nəticəsində biz, özümüzü, xalqımızı böyük itkilərdən qurtara bildik. Düzdür, bir-iki yerdə ölüm hadisələri olub. Ancaq əgər vaxtında tədbirlər görülməsəydi, insanlar xəbərdar olunmasaydı və bütün lazımi tədbirlər görülməsəydi, bəlkə də bədbəxt hadisələrin sayı daha da çox ola bilərdi. Ona görə biz bütün bölgələrdə, təkcə böyük şəhərlərdə deyil, bütün bölgələrdə bütün evləri bir daha təftiş etməliyik. Vaxtilə biz Bakıda tikilməkdə olan keyfiyyətsiz evin uçması nəticəsində bədbəxt hadisə ilə üzləşmişdik. O vaxt Fövqəladə Hallar Nazirliyinə göstəriş verilmişdi ki, bütün evlərə baxış keçirilsin. Onlar lazımi avadanlıqları da alıblar. Yəni, bu gün bütün bu avadanlıqlar var və elə etməliyik ki, hər bir rayonda bütün evlər təftiş edilsin. Bu gün, misal üçün, Bakıda və başqa şəhərlərdə evlərin təmiri, yaxud da daşların təmizlənməsi nəticəsində, evlərin gözəl daşlarla üzlənməsi prosesi zamanı görürük ki, evlər qəzalı vəziyyətdədir. Yəni, bir neçə evin təmiri nəticəsində biz gördük ki, əgər bu evlər təmirsiz qalsa, bir neçə ilə çökə bilər və dərhal tədbirlər görülüb. Biz Bakı şəhərində vaxtilə tikilmiş yüzlərlə evi bərkitdik. Bəzi hallarda əfsuslar olsun ki, vətəndaşlar da özlərini çox qəribə aparırlar. Onların birbaşa özlərinə, ailə üzvlərinə böyük təhlükə olmasına baxmayaraq, o evlərdən çıxmaq istəmirlər. Hesab edirlər ki, bu, qəsdən edilir ki, kimsə onları köçürsün və onların yerində nəsə özü üçün tiksin. Bu, cəfəng fikirlərdir. Bizim əsas istəyimiz odur ki, insanlar rahat, təhlükəsizlik şəraitində yaşasınlar. Harada ki, insanlar köçürülür, onlara kompensasiya ödənilir, özü də bazar qiyməti ilə. Bu gün biz Azərbaycanın bazar qiymətini bilirik. Şəhərdə, şəhər mərkəzində 1 kvadratmetr sahənin qiyməti, necə deyərlər, ən qiymətli yerdə 1500-1600 manatı keçmir, - Neftçilər prospekti, – yəni bundan bahalı yer ola bilməz. Yəni, Azərbaycan dövləti bəzi köçürmələr aparmaqla, Bakı Şəhəri İcra Hakimiyyəti bu işləri görməklə, vətəndaşlara 1 kvadratmetrə 1500 manat vəsait təklif edir. O evlərə ki, onların bəzilərini heç ev adlandırmaq mümkün deyildir və bu təklif narazılıqla qarşılanır. Bu, yolverilməzdir. Azərbaycan dövləti, Azərbaycan hökuməti, yerli icra orqanları xoş niyyət göstərərək, insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq istəyirlər. Bir neçə yerdə bu köçürmələr zamanı bizə yüzlərlə təşəkkür məktubu gəlib. Çünki misal üçün, 40 kvadratmetr evin, mənzilin əvəzinə, müasir evdə 50 kvadratmetr təmir olunmuş mənzil verilir. Yəni, bizim yanaşmamız bundan ibarətdir. Biz bütün bu işləri insanların hesabına etmirik. Əksinə, bütün gözəllik, abadlıq işləri, eyni zamanda, müəyyən səbəblər üzündən köçürülməli olan insanların yaşayış səviyyəsinin yaxşılaşması ilə müşayiət olunur. Yəni, bizim yanaşmamız budur. Ona görə bütün evlərə yenidən baxış keçirilməlidir. Çiy kərpicdən evlərin tikintisi ümumiyyətlə dayandırılmalıdır. Bu işə yerli icra orqanları, o tikinti üçün icazə, sərəncamlar verirlər nəzarət etməlidirlər. Fövqəladə Hallar Nazirliyinin yerlərdəki qurumları nəzarət etməlidirlər. Bütün standartlar tətbiq olunmalıdır. Bundan sonra bir dənə də istər fərdi, istərsə də çoxmərtəbəli keyfiyyətsiz ev, bina tikilməməlidir.
Bir daha deyirəm ki, bu vaxta qədər tikilmiş evlərə baxış keçirilməlidir. Harada ki, təhlükə var, orada yaşayan insanlar xəbərdar olunmalıdır və biz hazırlanacaq həmin o dediyim kompleks tədbirlər planında bütün bu məsələləri də nəzərə almalıyıq. Əgər bunu etməsək, vaxtilə - 1930-cu, 1950-ci illərdə tikilmiş evlər 5 ildən, 10 ildən sonra qəzalı vəziyyətə düşə bilər. Misal üçün, biz bilirik “xruşşovka” adlandırılan evlərin o vaxt keyfiyyəti nə idi, neçə il keçib üstündən. Onların istismar müddəti artıq başa çatıb. İndi biz bir neçə yerdə onları bərkidirik. Əslində yeni evlər, yeni karkaslar tikilir və orada yaşayan insanların mənzilləri də böyüyür. Çünki, yeni karkaslar hesabına onların sahəsi də böyüyür. Bir daha demək istəyirəm ki, biz bu məsələyə kompleks şəkildə yanaşmalıyıq. Bu günə qədər görülən işlər, bir daha demək istəyirəm ki, bizi böyük faciəvi vəziyyətdən qorudu. Mən, bir daha demək istəyirəm, bütün qurumlar, xilasedicilər gecə-gündüz işləyirlər, o bəndləri bərkidirlər, kisələri torpaqla doldururlar, çayların sahillərini bərkidirlər. Yəni, biz onların fəaliyyətini yüksək qiymətləndirməliyik. Eyni zamanda, elə etməliyik ki, gələcəkdə özümüzü bu fəlakətlərdən maksimum dərəcədə qoruyaq. Biz bu günlərdə köçürülən ailələrə də əlavə diqqət və qayğı göstərməliyik. Onlar o evlərdə yaşayıblar. O evlər yararsız vəziyyətə düşüb, ya uçub. Onlar müvəqqəti yerlərə köçürülüblər. Orada müvəqqəti yerlər hansı vəziyyətdədir, hara köçürülüb, orada yaşamaq üçün şərait var, yoxsa yox?! Bəziləri çadırlarda yaşayırlar. Onlar çadırlarda nə qədər yaşayacaqlar?! Tezliklə onların məsələləri həll olunmalıdır. Yerli icra orqanları, Fövqəladə Hallar Nazirliyi, müvafiq qurumlar, nazirliklər, Səhiyyə Nazirliyi - birlikdə bütün tədbirləri görməliyik ki, bu günlərdə o insanların səhiyyə məsələləri, yəni sağlamlıq problemləri həll olunsun. Orada yaşlılar, qocalar, körpə uşaqlar vardır. Biz onları elə qoya bilmərik ki, səni köçürdük, indi burada necə yaşayırsan yaşa. Onlara şərait yaradılmalıdır, özü də təxirə salınmadan! Yəni, bizim işimiz bundan ibarət olmalıdır. İlk növbədə bütün gücümüz bu gün fəlakətin qarşısının alınmasına yönəldilməlidir. Bu birincisi. İkincisi, bu vəziyyətdən əziyyət çəkən insanlara qayğı göstərmək, onları məqbul şəraitlə, dərman preparatları ilə, isti paltarlarla təmin etmək lazımdır. Onların bəzilərinin bütün mülkiyyəti, ev təsərrüfatı batıb gedib. Onlara ciddi maliyyə ziyanı dəyib. Təkcə evin uçması ilə bunların problemi bitmir. Tezliklə dəymiş bütün maliyyə ziyanı hesablanmalıdır. Tezliklə onlara kompensasiya verilməlidir. Bütün bu hadisənin fəsadları aradan qaldırıldıqdan sonra biz artıq hazır olmalıyıq ki, uçmuş o evlərin yerində onlar üçün evlər tikək. Mən hesab edirəm ki, biz buna da baxmalıyıq, hansı mənbədən, kim bunu edəcək, hansı müddətdə. Yaxud o vətəndaşlara pul şəklində kompensasiya verilməlidir ki, özləri tiksinlər. Amma buna təminat yoxdur. Onlar yenə də gedib oradan-buradan aldıqları keyfiyyətsiz mallardan, yenə də çiy kərpicdən evlər tikəcəklər və bu evlər bir ildən sonra yenə uçacaq. Yəni, buna dövlət baxmalıdır və bundan sonrakı mərhələdə əsas kompleks tədbirlərin görülməsi planında bütün lazımi, müvafiq qurumlara tapşırıqlar verilməlidir, icra müddəti göstərilməlidir. Maliyyə resursları müəyyən edilməlidir və biz qısa müddət ərzində bütün bu işləri görməliyik. Mən əminəm ki, biz bu çətin vəziyyətdən şərəflə çıxacağıq. Azərbaycan dövləti güclü dövlətdir. Bizim çox güclü sosial siyasətimiz vardır. Hər bir məmur, hər bir vəzifəli şəxs elə hesab etməlidir ki, onun evi uçubdur, onun ailəsi evsiz-eşiksiz qalıbdır. Yəni, burada hər bir vəzifəli şəxs, məmur, bu işlərlə məşğul olan insan bu məsələlərə böyük vicdanla yanaşmalıdır, biganə olmamalıdır. Elə etməliyik ki, öz vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq və onlara dəstək verək».

Daxili siyasət
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb