Bank Of Baku

Şuşanın işğalının ildönümü ilə bağlı Şəhidlər Xiyabanı ziyarət olunub - FOTOSESSİYA

Şuşanın işğalının ildönümü ilə bağlı Şəhidlər Xiyabanı ziyarət olunub - <font color=red>FOTOSESSİYA</font>
# 08 may 2010 09:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Şuşa şəhərinin işğalının 18-ci ildönümü ilə bağlı bu gün Şəhidlər Xiyabanı ziyarət edilib. APA-nın məlumatına görə, ziyarətə Şuşa rayon İcra Hakimiyyəti, “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyi, Qarabağ Azadlıq Təşkilatı (QAT), eləcə də Şuşa ictimaiyyəti qatılıb. Ziyarətçilər şəhidlərin məzarları üzərinə qərənfillər düzüb, əklillər qoyub və şəhidlərin ruhuna dualar oxuyublar.

“Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov jurnalistlərə açıqlamasında şuşalıların çox qısa zamanda öz torpaqlarına qayıdacaqlarına ümid etdiyini bildirib.

Şuşa məscidinin ermənilər tərəfindən bərpası məsələsinə münasibət bildirən B. Səfərov bildirib ki, müsəlman məscidini erməni təmir edə bilməz: “Bu işi müsəlmanlar, azərbaycanlılar görəcək”.

Ziyarətin sonunda QAT üzvləri “Əbədi məşəl” kompleksinin qarşısında Ermənistan bayrağını yandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR