Bank Of Baku

Əli Əhmədov: “Azərbaycan prezidentinin qərarı Ermənistan üçün siqnal olmalıdır”

Əli Əhmədov: “Azərbaycan prezidentinin qərarı Ermənistan üçün siqnal olmalıdır”
# 08 may 2010 10:33 (UTC +04:00)
Çünki Şuşanın işğalı Azərbaycan tarixinin ən qara səhifəsi olmaqla yanaşı, bu işğalçılıq siyasətinin həyata keçirilməsində yaxından iştirak etmiş şəxslərdən biri bu gün Ermənistana rəhbərlik edir”. APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib.

Ə. Əhmədovun sözlərinə görə, belə bir gündə Azərbaycan prezidentinin Ermənistan prezidenti və Şuşanın işğalında birbaşa iştirak etmiş insanla görüşməsi düzgün olmazdı: “Bu mənada hesab edirəm bu, yerində verilmiş qərardır. Digər tərəfdən, bu, Ermənistana bir siqnal olmalıdır ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edilmədən, haqq-ədalət bərpa olunmadan Ermənistanla Azərbaycan arasında Qafqazda sülhün və əməkdaşlığın təmin olunması üçün həlledici amil olan əməkdaşlığın qurulması mümkün deyil. Bu reallığı və gerçəkliyi Ermənistanın dərk etməsinə ciddi ehtiyac var. Bu təcavüzün nəticəsi aradan qaldırılmadan Qafqazda sülh, əmin-amanlıq, əməkdaşlıq təmin edilməyəcək”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev MDB dövlət başçılarının qeyri-formal sammiti Şuşanın işğal gününə təsadüf etdiyindən bu tədbirdə iştirak etməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR