Bank Of Baku

BAXCP-nin Ali Məclisinin növbəti sessiyası keçirilib

BAXCP-nin Ali Məclisinin növbəti sessiyası keçirilib
# 08 may 2010 14:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ali Məclisin sədri Mikayıl Rəhimov gündəliyə ölkədəki ictimai-siyasi vəziyyət, parlament seçkilərinə hazırlıq və cari məsələlərin müzakirəsinin təklif olunduğunu bildirib.

BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev çıxışında diqqəti daha çox Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə yönəldib. Q.Həsənquliyev bildirib ki, Madrid prinsipləri bütövlükdə Azərbaycanın maraqlarına cavab vermir və hökumət ərazilərimizin işğaldan azad edilməsi istiqamətində daha çevik siyasət yürütməlidir: “BAXCP fəaliyyətə başladığı ilk gündən Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı xeyli təkliflər irəli sürüb. Bu təkliflərdən biri və bəlkə də ən önəmlisi Azərbaycanla Türkiyə arasında qarşılıqlı hərbi-strateji əməkdaşlıqla bağlı olan məsələdir. Ümid edirəm ki, bu məsələnin həyata keçirilməsi istiqamətində hər iki dövlət təxirəsalınmaz addımlar atacaq. Biz eyni zamanda Azərbaycanla Türkiyə arasında viza rejiminin də tez bir zamanda aradan qaldırılmasını arzulayırıq”.

Sessiyada BAXCP-nin parlament seçkilərində iştirak edəcəyi də vurğulanıb. Partiyanın baş katibi, Seçki Qərargahının rəhbəri Söhrab Abdullayev deyib ki, təmsil etdiyi qurumda 72 nəfərin namizədliyi qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR