Bank Of Baku

Azərbaycanın Qəbələ rayonunda Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidənin açılışı olub

Azərbaycanın Qəbələ rayonunda Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidənin açılışı olub
# 09 may 2010 11:31 (UTC +04:00)
Mərasimdə Milli Məclisin deputatı Fəttah Heydərov, rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Respublika Veteranlar Şurasının rayon şöbəsinin müdiri Ziyəddin Yusifov iştirak ediblər.

Millət vəkili Fəttah Heydərov çıxışında bildirib ki, bu müharibədə qələbənin əldə olunmasına Azərbaycan xalqı böyük töhfələr verib. Qəbələ rayonundan həmin döyüşlərə 6000 nəfər yola salınıb, onlardan 3100-ü həlak olub. Hazırda Qəbələdə 39 nəfər Böyük Vətən müharibəsi iştirakçısının yaşadığını qeyd edən deputat şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının tarixi şücaətlərinin, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətlərinin heç vaxt yaddaşlardan silinməyəcəyini, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacağını diqqətə çatdırıb.

Daha sonra “Qəbələ” oteldə təşkil edilən bayram şənliyində isə müharibə veteranı Alməmmədov Fətulla Səbzalı oğluna “Slavuta” markalı minik avtomobili, 9 may günü 90 yaşı tamam olan Yusifov Ziyəddin Hacıağa oğluna isə qiymətli hədiyyələr verilib.

Tədbir konsert proqramı ilə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR