Bank Of Baku

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov İKT Parlament İttifaqı İcraiyyə Komitəsinin İstanbulda keçirilən fövqəladə toplantısında iştirak edir

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov İKT Parlament İttifaqı İcraiyyə Komitəsinin İstanbulda keçirilən fövqəladə toplantısında iştirak edir
# 10 may 2010 07:38 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov İslam Konfransı Təşkilatına üzv ölkələrin Parlament İttifaqı İcraiyyə Komitəsinin fövqəladə iclasında iştirak etmək üçün İstanbula gedib. Parlamentdən APA-ya daxil olan məlumata görə, quruma üzv ölkələrin parlament nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək bu toplantıda “İsrailə müraciət: Yerusəlimdə yeni yaşayış məskənləri dünyada sülhə zərbə vuracaq” mövzusunda müzakirələr aparılacaq, müzakirələrin sonunda İstanbul Bəyannaməsi qəbul ediləcək.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov tədbirdə çıxış edəcək, məsələyə münasibətini bildirəcək.
Mayın 12-də isə birinci vitse-spiker 3-cü Neva Beynəlxalq Ekoloji Konqresində iştirak etmək üçün İstanbuldan Sankt-Peterburqa yola düşəcək.
Milli Məclisin deputatı Jalə Əliyevanın da qatılacağı bu tədbirdə enerji effektivliyi və iqtisadiyyatın modernləşdirilməsi, ekologiya qlobal qarşılıqlı təsir sahəsi kimi, ekologiya, su və sağlam həyat tərzi, vətəndaş cəmiyyəti “yaşıl planet” uğrunda və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Səfər mayın 17-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR