Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib
# 10 may 2010 10:27 (UTC +04:00)
Bakı-APA. Bu gün görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin anadan olmasının 87-ci ildönümüdür. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edib, məzar önünə əklil qoyub. Azərbaycan hökumətin və parlamentinin üzvləri, Bakıda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri və ictimaiyyət nümayəndələri də bu gün Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev həmçinin görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən Gül Bayramında da iştirak edib. Dövlət başçısına məlumat verilib ki, səhər saatlarından başlayaraq paytaxt sakinləri Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə xarici ölkələrdən gətirilmiş gül-çiçəklə bəzədilən parka gəlirlər. Gül bayramında dünyanın bir çox ölkələrindən gətirilmiş müxtəlif güllərdən istifadə olunub. Prezident İlham Əliyev və xanımı Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyevin güllərdən yığılmış portreti önündə xatirə şəkli çəkdiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR