Bank Of Baku

Demokratiya Uğrunda İttifaq Mitinq Komitəsi yaradıb

Demokratiya Uğrunda İttifaq Mitinq Komitəsi yaradıb
# 10 may 2010 16:08 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının (SŞ) növbəti toplantısı keçirilib.
DUİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda qurum ölkə ərazisində baş verən daşqınların nəticəsində yaranmış təbii fəlakətlə əlaqədar bəyanat qəbul edib.
Yığıncaqda 2010-cu il parlament seçkiləri ilə əlaqədar DUİ-nin Seçki Qərargahının Əsasnaməsini əlavə və dəyişikliklərlə qəbul edib. Toplantıda təşkilatın kütləvi aksiyalarla bağlı məsələyə münasibəti də müzakirə mövzusu olub. DUİ kütləvi aksiyalarla bağlı Mitinq Komitəsinin yaradılması və hər partiyadan təmsilçilərin verilməsi ilə bağlı qərar qəbul edib. Bəybala Əbil DUİ-nin Mitinq Komitəsinin rəhbəri seçilib.
DUİ SŞ Müsavat Partiyası ilə məsləhətləşmələrin növbəti toplantısının bu ilin mayın 12-də keçirilməsi barədə qərara gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR