Bank Of Baku

Müsavat Partiyası və DUİ mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib

Müsavat Partiyası və DUİ mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib
# 11 may 2010 08:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq (DUİ) mayın 21-də mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. DUİ-də təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu APA-ya bildirib ki, aksiyanın keçirilməsi üçün 4 yer - Nərimanovun heykəlinin qarşısı, Cavid Bağı, Azneft meydanı, və Səməd Vurğun bağı göstərilib.

X. Teyyublu aksiyanın saat 17.00-dan 19.00-a qədər keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Mitinqdə seçkiöncəsi demokratik şəraitin yaradılması, sərbəst toplaşmaq azadlığının bərpası, seçki qanunvericiliyinin dəyişdirilməsi və digər tələblər səsləndiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR