Bank Of Baku

“Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

“Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib
# 11 may 2010 10:47 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında “Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. APA-nın xəbərinə görə, sənəd haqqında parlamentin deputat Siyavuş Novruzov məlumat verib. Onun sözlərinə görə, layihənin ikinci oxunuşda müzakirəsi zamanı deputatların səsləndirdikləri rəy və təkliflər işçi qrupu tərəfindən bir daha nəzərdən keçirilib, bəzi təkliflər nəzərə alınaraq sənəd daha da təkmilləşdirilib. Qeyd olunub ki, bu qanun lokal və regional münaqişələrin qarşısının alınması, nizamlanması və həll edilməsi ilə bağlı aparılan sülhməramlı əməliyyatlarda ölkənin iştirakının əsaslarını və qaydasını müəyyən edəcək. Qanunda xüsusi vurğulanır ki, Azərbaycan sülhməramlı əməliyyatlarda iştirakının məqsədəuyğunluğunu, miqyasını və dərəcəsini müstəqil surətdə müəyyən edir.
Sənəd müzakirəsiz qəbul olunub.
İclasda həmçinin “Fərdi məlumatlar haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında” qanun layihələri də üçüncü oxunuşda qəbul edilib.
Deputatlar Avropa Şurasının "İnsan alverinə qarşı mübarizə haqqında" Konvensiyanın təsdiq edilməsi barədə sənədi də ratifikasiya ediblər. Bundan sonra “Beynəlxalq Əmək Təşkilatının "Kişi və qadın işçilər – Ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 nömrəli Konvensiyasına qoşulmaq barədə sənədi də qəbul edilib. İclasda Beynəlxalq Əmək Təşkilatının "Analığın mühafizəsi haqqında" 1952-ci il Konvensiyasına (yenidən baxılmış) yenidən baxılması haqqında" 183 nömrəli Konvensiyasına qoşulmaq barəsində qanun layihəsi də qəbul olunub.
Millət vəkilləri “Hərbi qulluqçuların statusu haqqında” qanuna və Azərbaycanın 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilən “Hərbi xidmət keçmə haqqında Əsasnamə”yə əlavə edilməsi barədə qanun layihəsinə də müsbət münasibət bildiriblər.
Bugünkü iclasda eyni zamanda “Rəsmi statistika haqqında” qanuna əlavələrin tətbiqi ilə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi qəbul olunub. Millət vəkilləri Azərbaycanın 2009-cu il 4 dekabr tarixli 930-III Q nömrəli Qanunu ilə təsdiq edilən “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə əlavələr edilməsi barədə sənədə də müsbət qiymətləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR