Bank Of Baku

ADP Madrid prinsiplərini Azərbaycanın mənafeyinə zidd sayır

ADP Madrid prinsiplərini Azərbaycanın mənafeyinə zidd sayır
# 11 may 2010 14:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) daha 10 seçki dairəsi üzrə namizədlərini müəyyənləşdirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, namizədlər İdarə Heyətinin son iclasında müəyyən edilib və artıq ADP-nin 31 seçki dairəsi üzrə namizədləri bəllidir.

İclasda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı da müzakirələr aparılıb. Partiya hesab edir ki, münaqişənin Madrid prinsipləri çərçivəsində həll edilməsinə dair Azərbaycan hakimiyyətinin razılığını ifadə edən bəyanat Azərbaycan xalqının mənafeyinə ziddir: “Ermənistanın üzdə Madrid prinsiplərinə etiraz etməsi əslində onların perspektivə hesablanmış işğalçılıq planlarına xidmət edir və məqsəd vaxt əldə etməklə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin pozulması hesabına daha böyük güzəştlər əldə etməkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR