Azərbaycan prezidenti təbii fəlakətdən zərər çəkən vətəndaşlarla görüşüb, sahilbərkitmə və bəndvurma işlərinin sürətləndirilməsi ilə bağlı tapşırıqlar verib
Prezident çadır düşərgəsində müvəqqəti məskunlaşan sakinlərlə görüşüb, onların problemləri ilə maraqlanıb. Sakinlər onlarla görüşə gəldiyinə, problemlərlə yerindəcə tanış olduğuna görə dövlət başçısına minnətdarlıq ediblər. Bildirilib ki, burada onlara hər cür qayğı göstərilir.
Prezident daşqından zərər çəkənlərin bütün problemlərinin həllinin bundan sonra da diqqətdə saxlanılacağını deyib. Dövlət başçısı bildirib ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması, zərərçəkənlərin məişət problemlərinin həlli daim onun diqqət mərkəzindədir. Bu məsələlərin həlli üçün artıq lazımi tapşırıqlar verilib, onların icrası nəzarətdədir. Çadır düşərgəsində insanlara hərtərəfli tibbi xidmət də göstərilir.
Prezident tibb məntəqəsində yaradılan şəraitlə tanış olub. Məruzə olunub ki, burada epidemioloji vəziyyətə də ciddi nəzarət olunur.
Dövlətimizin başçısı çadırlardakı şəraitlə tanış olub.
Qeyd olunub ki, Şirvan şəhərində Kür çayında daşqınlardan zərər çəkən Sabirabad sakinlərinin müvəqqəti məskunlaşdığı çadır düşərgəsində 1500 nəfərə qədər insan yerləşdirilib. Burada qurulan 176 çadıra Sabirabadın 9 kəndinin, əsasən Dadaşbəyli və Qaragünə kəndlərinin sakinləri köçürülüb, zərərçəkənlərin dəqiq qeydiyyatı aparılıb.
Sonra Prezident İlham Əliyevin sədrliyi ilə səyyar müşavirə keçirilib.
Dövlət başçısı bildirib ki, Azərbaycanda baş verən təbii fəlakət zamanı itkilərin minimuma endirilməsi yalnız görülən qabaqlayıcı tədbirlər sayəsində mümkün olub. “Təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün verilən tapşırıqlara uyğun olaraq vahid komanda halında tədbirlər görülür” deyən prezident sahilbərkitmə və bəndvurma işlərinin sürətləndirilməsi ilə bağlı tapşırıqlar verib, su altında qalan və əhalisi köçürülən kəndlərin hərtərəfli diqqətdə saxlanılması üçün tədbirlərin daha da gücləndirilməsini tapşırıb.
Baş nazirin müavini Abid Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə, daxili işlər naziri Ramil Usubov, təhsil naziri Misir Mərdanov, səhiyyə naziri Oqtay Şirəliyev, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev və Sabirabad rayon İcra hakimiyyətinin başçısı Heydər Abbasov təbii fəlakətlə bağlı vəziyyət barədə məlumat veriblər.
Daha sonra prezident İ. Əliyevə bildirilib ki, indiyədək Kür çayında suyun sərfi saniyədə 1800-1900 kubmetri üstələməyib. Amma təbii fəlakət baş verən günlərdə bu göstərici 2400 kubmetrə çatıb. Hazırda Sabirabadın Mürsəlli kəndində dağılan bəndin bərpa işləri aparılır.
Müşavirəyə yekun vuran prezident bir daha görülən tədbirlərin sürətləndirilməsi, zərərçəkən əhalinin qayğılarına həssas yanaşılması, onların sosial problemlərin vaxtında həll olunması ilə bağlı tapşırıqlarını verib.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
"PeşəFest-2026" başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - VİDEO
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Rusiya Ermənistana xəbərdarlıq edib
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Makronun həyat yoldaşı ilə bağlı məhkəmə işində bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Yevlaxda iki yük maşını toqquşub
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
FHN Cəlilabadda seminar-müşavirə keçirib
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur
Bəhruz Nağıyev: Bank sektorunda rəqabət kifayət qədər yüksəkdir
“Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Cəlilabadda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO
General-mayor İsgəndər Allahverdiyev Hərbi Memorial Məzarlıqda dəfn edilib - FOTO - YENİLƏNİB
“PAŞA Bank” gələn ay səhmdarlarına dividend ödəyəcək
Ziya Bünyadov prospektinin bir hissəsində avtobus zolağının qüvvədə olma saatı uzadılıb
Salyanda motosiklet piyadanı vuraraq öldürüb
QHT-lər Ermənistanın işğaldan azad edilmiş ərazilərə səfər etmiş diplomatik korpusa qarşı kampaniyasını pisləyib
Şuşada Milli Musiqi Günü qeyd edilib - FOTO
Moskva Tokiodan Amerika raket komplekslərinin Yaponiyadan çıxarılmasını tələb edib
“PAŞA Bank” Naxçıvanda günəş enerjisi layihəsinə 8,5 mln. manat ayırıb
“PAŞA Bank”ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb
Sumqayıtda yeni mənzillər satışa çıxdı - Qiymətlər və şərtlər
Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində: Milyonlarla avroluq cinayət işinin detalları
“Aqrarkredit”in bir neçə əmlakı ilk hərracda aşağı qiymətə satılıb
Litva hərbi təhdid olduğu təqdirdə, əhalisini Polşaya təxliyə edəcək
Alban-Udi xristian dini icması Ermənistanın Gəncəsər və Xudavənglə bağlı revanşist reaksiyalarını qınayıb - BƏYANAT
FHN-in nümayəndəsi beynəlxalq konfransda iştirak edib
Britaniyalı diplomat silah tədarükü ilə bağlı Rusiya XİN-ə çağırılıb, Moskva Londonu hədələyib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Futbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb
Pakistanda cümə namazı vaxtı məscidin yaxınlığında partlayış baş verib: 15 nəfər ölüb, 50 yaralı var - FOTO
FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə kursları keçirib
Baş Prokurorluq İsmayıllıda seminar keçirib - YENİLƏNİB
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
Şamaxıda “Nəsimi Bağları”nda 150 mindən çox ağac və bitki əkilib - FOTO
Papuaşvili: Rusiya Gürcüstanın ərazi bütövlüyünü tanımalıdır
Mənimsəmədə ittiham olunan sabiq hərbi vəzifəli şəxslərin məhkəməsi başlayıb