İlyas İsmayılov: «Dağlıq Qarabağ problemini Rusiya yox, Qərb yaradıb» - MÜSAHİBƏ
- Ədalət Partiyasının Azərbaycanın ATƏT-in Minsk Qrupundan imtina edib, Türkiyə-Rusiya-İran formatında danışıqların davam etdirilməsi təklifini irəli sürməsinə səbəb nədir?
- Bu, əslində indi söylənilən ideya deyil, Ədalət Partiyasının Dağlıq Qarabağ probleminin həllinə baxışında əvvəlcədən müəyyənləşdirdiyi strategiyanın yığcam, lakonik ifadəsidir. Biz uzun illərdir ki, Dağlıq Qarabağ probleminin həllinin ATƏT-in Minsk Qrupunun üzərinə atılmasının əleyhinə olmuşuq və bu qurumun münaqişələri həll etmək mexanizminin olmadığını birmənalı vurğulamışıq. Həm də Azərbaycanın yaxın qonşuları ilə, xüsusən də Rusiya və İranla ziddiyyətli münasibətlər fonunda məsələnin xeyrimizə çözülməsinin çətinliyini bildirmişik. Artıq geridə qoyduğumuz illər bizim haqlı olduğumuzu təsdiqləyir və ona görə də, əvvəlcədən partiyamızın müəyyən etdiyi strategiyanı indi danışıqlar prosesində iqtidarın da nəzərə almasını istəyirik. Hesab edirik ki, bu, həm Azərbaycanın milli maraqlarının qorunmasında, həm də ümumiyyətlə, gələcəkdə bölgədə davamlı sülh və sabitliyin əldə olunmasında ən yaxşı variantlardan biridir.
- Niyə hesab edirsiniz ki, Minsk Qrupundan imtina olunsa və danışıqlar Rusiya-Türkiyə-İran formatında davam etsə, bu, münaqişənin həllinə kömək edər? Məgər ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyənin həmsədrliyə cəlb edilməsi daha tez başa gələn və bizim üçün faydalı proses deyilmi?
- Türkiyə Azərbaycanı bütün istiqamətlərdən qoruyan, onun maraqlarını öz maraqları bilən yeganə dövlət olmasına baxmayaraq, rəsmi Ankaranın Minsk Qrupuna cəlbi hələ problemin xeyrimizə həll olunması demək deyil. Çünki ATƏT səviyyəsində bu problemi həll etmək mümkünsüzdür və Minsk Qrupu da sadəcə torpaqlarımızın ermənilərə verilməsini rəsmiləşdirənədək baş qatmaq, vaxtı uzatmaq məqsədi ilə yaradılıb. Onun qərarları isə hüquqi xarakter daşımır və tərəflər üçün hər hansı öhdəlik yaratmır… Tutaq ki, Türkiyə Minsk Qrupuna qoşuldu və növbəti hansısa qərar qəbul edildi. Bu o demək deyil ki, Ermənistan ATƏT-in Minsk Qrupunun həmin qərarını dərhal yerinə yetirəcək. Yetirməsə, nə olacaq?! ATƏT-dən daha real təsir imkanlarına sahib BMT Təhlükəsizlik Şurasının bu münaqişənin həlli ilə bağlı dörd qətnaməsi var və bu qətnamələrdə Ermənistandan işğal etdiyi ərazilərdən qoşunların çıxarılması tələb olunur. Çıxarırmı?! Əlbəttə, yox! Əksinə, bizim ədalətli mövqe tutmasını gözlədiyimiz dövlətlər ard-arda qondarma “erməni soyqırımı”nı tanıyır, islamofobiyanı əllərində bayraq edirlər. Bizim təklifimizin kökündə isə o dayanır ki, Azərbaycan, ümumiyyətlə, problemin həllini tormozlayan və onun əleyhinə çevrilən bu mexanizmdən - ATƏT formatından birdəfəlik imtina etməlidir. Azərbaycan sülh danışıqları adı altında vaxtın uzadılmasına imkan verməməli, beynəlxalq hüquqa uyğun olaraq, ərazilərinin işğalçılardan azad edilməsi və suverenliyini təmin etmək məqsədi ilə terrorçu-separatçılara qarşı hərbi əməliyyatlara başlamalıdır. Çünki bu problemin həlli təkcə bizim üçün ərazi bütövlüyü məsələsi deyil, həm də böyük bir mənəvi borc, yük və bir dövlət kimi var olma səbəbimizdir. Hesab edirəm ki, Azərbaycan işğalçı və terrorçu-separatçılara qarşı mübarizədə ona maneçilik törədilməməsi üçün yaxın qonşuları – xüsusən Türkiyə, Rusiya və İranla siyasi təmasları artırmalı və anlaşma mövqeyi tutmalıdır. Bütün dünya biləndə ki, Azərbaycan öz torpaqlarını azad etmək əzmindədir, Dağlıq Qarabağla bağlı danışıqlarda əsaslı dəyişiklik olacaq.
- Əgər münaqişənin yaradıcısı Rusiyadırsa, Ermənistanı da açıq şəkildə müdafiə edirsə, onunla necə anlaşmaq mümkündür?
- Çoxlarından fərqli olaraq, mən düşünmürəm ki, Dağlıq Qarabağ münaqişəsinin yaradıcısı Rusiyadır. Nəinki Dağlıq Qarabağdakı, ümumiyyətlə, keçmiş SSRİ məkanındakı münaqişələrin tarixinə baxsaq, görərik ki, bu konfliktlərin kökündə məhz milli zəmində qarşıdurmalar dayanıb və SSRİ-ni çökdürmək planı dururdu. Bu planın müəllifi isə Qərb dövlətləri idi. Artıq ötən illərdə baş verənlər bir faktı üzə çıxardı ki, Qarabağ münaqişəsinin yaranmasında və Ermənistanda etnik təmizləmə siyasəti aparılmasında iştirak edən əsas fiqurlar məhz Qərb kəşfiyyatına bağlı adamlar olublar. Ona görə də Qafqazdakı münaqişələrin müəllifi kimi Rusiyadan çox, Qafqazı Rusiyadan qoparmaq istəyən Qərbi göstərmək lazımdır. Məncə, Rusiyanı da o vaxtlar Minsk Qrupuna ona görə daxil ediblər ki, kənarda qalıb Qərbin maraqlarına zidd fəaliyyət göstərməsin… Bir də nəzərə almaq lazımdır ki, SSRİ dağılandan sonra Rusiyada hakimiyyət başına gələnlər elə Qərblə isti münasibətləri olanlar idi və onlar bir çox məsələlərdə Qərbin planlarına etiraz etmirdilər. Rusiyada bu proses Vladimir Putinin hakimiyyət başına gəlməsi ilə durduruldu. Rusiya ilə Azərbaycan arasında yaxşı münasibətlərin təməli də məhz Vladimir Putinin vaxtında quruldu. Bütün bunları deməkdə məqsədim odur ki, həqiqət heç də ayrı-ayrı yazarların, politoloqların və siyasətçilərin vasitəsi ilə söylənilənlərdən ibarət deyil. Geosiyasətdə informasiya savaşı mühüm yer tutur və bu zaman tərəflər daha çox əsas diqqəti öz maraqlarına uyğun fikir, ictimai rəy formalaşdırmağa verirlər.
- Rusiyanın Cənubi Qafqazda Ermənistanın əsas dayağı olması faktdır...
- Ermənistan Rusiyadan daha çox ABŞ-ın, Fransanın forpostudur. Hətta gedib İsrail Knessetində yəhudilər üçün müqəddəs olan “soyqırımı” məsələsinə də sahib çıxıblar. Müsəlman ölkəsi olan İranda isə öz qanunları, adət-ənənələri ilə yaşayırlar… Yəni, bu, elə bir millətdir ki, hər yerdə hamıdan öz maraqları üçün istifadə etməyi bacarır. Xatırlayırsınızsa, hələ SSRİ dövründə Moskva və Kiyevlə yanaşı, İrəvanda da beynəlxalq aeroport var idi və ermənilər dünyanın hər yeri ilə əlaqə saxlamaq imkanında idilər. Dediyim kimi, Qərb SSRİ-ni elə ermənilərin əli ilə yıxdı və bu gün də onlardan istifadə edərək, həm Rusiyada, həm də İranda öz maraqlarını həyata keçirir. Əgər Ermənistan Rusiyanın forpostu olsaydı, ABŞ və digər qərb dövlətləri onlara bu qədər yardım göstərməz, onların uydurma “soyqırımı” məsələsini əllərində bayraq edib bütün dünyada möhkəmlənmələrinə şərait yaratmazdılar…
Qaldı Rusiya-Ermənistan münasibətlərinin indiki vəziyyətinə, bilin ki, bu gün Rusiya Ermənistana daha çox lazımdır, nəinki Ermənistan Rusiyaya. Hərbi bazaların ərazisində yerləşdirilməsindən, müəssisələrinin alınmasından daha çox qazanan elə məhz Ermənistandır.
- Bütün hallarda Rusiyanın hesabına Ermənistanın öz təhlükəsizliyini təmin etməsi ilə razısınızmı?
- Təkcə təhlükəsizlik məsələsi deyil. Dağılmış, beynəlxalq bazara çıxış imkanı olmayan müəssisələrini Rusiyaya verməyin müqabilində Ermənistan milyardlarla borcunu sildi, Rusiyanı ora investisiya qoymağa məcbur etdi, aldığı vergidən büdcəsini saxlayır, təkcə hərbi bazaların orada yerləşməsi səbəbindən nə qədər erməni işlə təmin olunub, yeni infrastruktur qurulub, silah-sursatla təchiz olunmaq, kadr hazırlığı imkanı əldə edib və s. Bir sözlə, ermənilər hər dövlətdən istifadə etdikləri kimi, Rusiyadan da məharətlə öz maraqları üçün istifadə edirlər. Reallıqda isə Azərbaycan Rusiya üçün Ermənistandan daha cəlbedici və faydalı tərəfdaşdır. Elə Qərbdə də bunu yaxşı bildiklərindən, ilk gündən Azərbaycanda, xüsusən siyasi qüvvələr arasında daim Rusiyaya qarşı nifrət hissi formalaşdırmağa çalışıblar. Qəsdən elə fikir yaradıblar ki, guya, bütün problemlərimizin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin yaradıcısı Rusiyadır və həll olunmasına da o imkan vermir. Bu taktika ilə Azərbaycanın Rusiya ilə yaxınlaşmasının qarşısını alıb, onunla məsafəli münasibət saxlamasını təmin ediblər. Məncə, artıq həm Rusiyada, həm də Azərbaycanda bunu yaxşı başa düşürlər.
- Bu gün Azərbaycan hərbi əməliyyatlara başlasa, Rusiya açıq şəkildə Ermənistanı müdafiə mövqeyindən çıxış edəcəyi bildirilir. Elə 2008-ci ilin Gürcüstan hadisələri göstərdi ki, Rusiya onun diktəsi ilə hərəkət etməyən, özünün təsir zonası saydığı ölkələrə qarşı nə qədər aqressivdir…
- Rusiya hansısa məqamlarda öz maraqları üçün Ermənistandan istifadə edib və edəcək. Ancaq mən inanmıram ki, Azərbaycan hərbi əməliyyatlara başlasa, Rusiya prosesə aşkar müdaxilə edəcək. Çünki belə hal baş verərsə, Rusiya Gürcüstandan sonra Azərbaycanı, ümumiyyətlə, bütün Qafqazı birdəfəlik itirə bilər. Rusiyanın nüvə arsenalının çox güclü olmasına baxmayaraq, 20 ildir Şimali Qafqazda döyüşür, hələ də bu problemi həll edə bilməyib. Elə bir balaca vilayəti boyda olan Gürcüstanla bir neçə günlük toqquşmada xeyli canlı qüvvə, həmçinin ümumi dəyəri 150 milyon dollara yaxın olan 5 ədəd döyüş təyyarəsi itirdi. Özü də Gürcüstanda hələ milli səfərbərlik elan olunmamışdı və əsasən yeniyetmələrdən ibarət, təcrübəsiz bir alay döyüşürdü. Azərbaycan isə həm iqtisadi, həm də hərbi baxımdan Gürcüstandan qat-qat güclü dövlətdir.
- Əksəriyyətin qənaəti budur ki, Rusiya Gürcüstanda ABŞ-ı uddu. Siz isə deyirsiniz ki, Rusiya uduzdu…
- Bəli, Rusiya Gürcüstanda uduzdu. Rusiya Qara dənizə çıxış əldə etmək üçün tələsik Abxaziyaya girdi, ancaq Abxaziyanı və Osetiyanı tanımaqla, faktiki olaraq, Gürcüstanı birdəfəlik itirdi. Bunu Rusiyanın özündə də etiraf edən politoloqlar və digər şəxslər var. «Gürcüstan olayı» əslində ABŞ-ın o vaxtkı administrasiyasının provokasiyası idi. Məqsəd də Saakaşvilini Rusiya ilə münaqişəyə təhrik edib, Gürcüstanı əbədi olaraq Rusiyaya düşmən ölkəyə çevirməkdi ki, buna da nail olundu. İndi Mixail Saakaşvilinin yerinə kim gəlsə, o, Rusiya ilə düşmənçilik münasibətlərini davam etdirməyə məhkumdur, çünki ərazisini azad etməlidir… Cənubi Qafqazda gedən son proseslərdən mən onu müşahidə edirəm ki, indi növbəti oyun Azərbaycan üzərində oynanılır…
- Yəni hesab edirsiniz ki, Azərbaycan da müharibəyə təhrik olunur?
- Yox, bu dəfə ssenari başqa cür qurulub. Azərbaycanın müharibə etmək imkanlarının qarşısı alınır. Siz fikir verirsinizsə, Qərb bütün vasitələrdən istifadə edir ki, Azərbaycan müharibəyə başlamasın. Çünki Azərbaycanın müharibəyə başlaması Qərbin Cənubi Qafqaz planlarını poza və İranla bağlı məsələni arxa plana keçirə bilər. Ona görə də Azərbaycana hərbi əməliyyatlardan çəkinmək üçün ciddi təzyiqlər olunur. Biz dəfələrlə bildirmişik ki, indiki mürəkkəb şəraitdə prezidenti qorumaq lazımdır. Çünki bütün çətinliklərə baxmayaraq, təzyiqlərə dözür, geri çəkilmir, qətiyyət göstərir. İndiki situasiyada bu cür davranış Azərbaycan üçün çox vacib amildir.
-Azərbaycanda son vaxtlar güclənən antiqərb, antiamerika ruhunu necə qiymətləndirirsiniz?
- Etirazlara təbii yanaşmaq lazımdır. Çünki əvvəla, Qərb öz marağını güdür. İkincisi də, əfsuslar olsun ki, indi beynəlxalq aləmdə qanunun gücü yox, gücün qanunu hökm sürür və bu, Dağlıq Qarabağ probleminə, işğalçı Ermənistana münasibətdə daha aşkar nəzərə çarpır. Biz də bundan nəticə çıxarıb, güclü olub öz maraqlarımızı təmin və müdafiə etməyi bacarmalıyıq. Bunun üçünsə ölkədə elə bir mühit yaratmalıyıq ki, vətəndaşımız buradan getməyi yox, bu məmləkət uğrunda hər bir şeyindən keçməyi düşünsün və dövlətinin firavanlığını öz firavanlığı kimi görsün. Lakin mən məsələlərə maksimalist yanaşmanın tərəfdarı deyiləm və ABŞ-la iqtisadi-diplomatik münasibətlərə yenidən baxılması tələbini də indiki şəraitdə düzgün saymıram.
- ABŞ başda olmaqla Qərbin qarşıdakı parlament seçkilərini demokratik keçirməsi tələbinə necə baxırsınız?
- Qərbi demokratiya yox, həmişə öz maraqları düşündürüb. Marağı tələb edəndə, demokratiya yadına düşür. İndi də elədir. ABŞ-ın dostluq etdiyi dövlətlərdə - Səudiyyə Ərəbistanında, Küveytdə, BƏƏ-də, Omanda və digərlərində, hansında demokratiya var? Bu fakt özü çox şey demirmi? Bizə demokratiya ABŞ istədiyinə görə yox, özümüz, öz xalqımız, gələcəyimiz üçün lazımdır. Bunun da yolu cəmiyyətdəki təzadları, daxili uçurumları, umu-küsüləri bir kənara atmaqdan, ölkədə qanunun aliliyinin, hamının qanun qarşısında bərabərliyinin təmin edilməsindən keçir. Ona nail olmalıyıq ki, Azərbaycan vətəndaşı olan hər kəs, harada olmağından asılı olmayaraq, öz dövləti ilə və vətəndaşlığı ilə fəxr etsin.
- İlyas müəllim, hazırda bir çox ekspertlər Türkiyənin AKP hökumətinin, xüsusən də baş nazir Ərdoğanın Avropa Birliyi və Türkiyə-Ermənistan protokolları məsələsində siyasətinin iflasa uğradığı qənaətindədirlər. Sizcə, bu situasiya Azərbaycanla münasibətlərə nə kimi təsir göstərəcək?
- Siyasətçi ölkəsinin maraqlarını, seçicilərinin istək və arzularını gerçəkləşdirmək istiqamətində addımlarını atmalıdır. Türkiyədə Avropa Birliyinə üzv olmaq istiqamətində çox böyük bir istək var və bu da Ataturk dönəmindən başlanan bir yoldur. Ərdoğan da bu istiqamətdə lazımi addımlarını atdı. Mən düşünmürəm ki, bu prosesdə şəxsən Ərdoğan və ümumiyyətlə, Türkiyə Cümhuriyyəti nə isə itirdi. Əksinə, Türkiyə son davranışları ilə bütün Qərb dünyasının əsl simasını açdı. Aydın oldu ki, Qərb Türkiyədən ehtiyatlanır, onun güclənməsini istəmir. İstəsəydi, onun Avropa Birliyinə yolunu açardı, daha gündə bir məsələni bəhanə eləməzdilər. Ancaq Qərb hər vasitə ilə çalışır ki, Türkiyənin tərəqqisinin qarşısını alsın. Bu da səbəbsiz deyil və burada dini, milli və tarixi amillər böyük rol oynayır. Türkiyə dünyanın inkişaf etmiş müsəlman ölkəsidir və müsəlman dünyasının sözçüsünə, lokomotivinə çevrilmək şansı var. Bu, həm Qərbi, həm də elə bəzi İslam dövlətlərini də narahat edir. Ona görə də Türkiyəni zəiflətməyə çalışırlar və bu işdə də uydurma “erməni soyqırımı”nı əsas təzyiq silahına çeviriblər. Halbuki, dünyanın ən böyük soyqırımını son dövrlərdə ABŞ Yaponiyada, Fransa Əlcəzairdə, SSRİ Katında törədib.
Protokollar məsələsinə gəldikdə, Dağlıq Qarabağ məsələsindəki mövcud siyasi vəziyyəti nəzərə alaraq Türkiyə bölgədə sülh təklifi ilə çıxış etdi. Ancaq bəzi qüvvələr çalışdılar ki, bu prosesi öz maraqları naminə təhrif edib gerçəkləşdirsinlər. Bu proses, faktiki, Türkiyənin ayağına dolanmış çatı idi və yaxşı ki, Türkiyə öz səbri ilə bu ipləri qıra bildi. O göstərdi ki, protokollar – Ermənistanla sərhədlərin açılması Türkiyə üçün maraqdırsa, Qarabağ - Azərbaycan Türkiyənin varlığıdır, namusudur və müzakirə predmeti deyil. Mən hesab edirəm ki, bundan sonrakı mərhələdə Türkiyə və Azərbaycan arasındakı yaxınlaşma bir qədər də dərinləşəcək.
- Bu prosesdə Rusiya ilə ABŞ-ın Türkiyə-Ermənistan sərhədlərinin açılmasına eyni mövqedən yanaşmalarını müşahidə etdik. Sizcə, bölgədə hansı geosiyasi dəyişiklik baş verib ki, biz ənənəvi rəqiblərin - Rusiya və ABŞ-ın ortaq, birgə hərəkətlərini izləyirik?
- Dəqiq məlumatım yoxdur. Bu, daha çox xüsusi xidmət orqanları və diplomatik kanallar vasitəsi ilə əldə oluna biləcək informasiyalardır. Mən ancaq mülahizələrimi deyə bilərəm… Görünən odur ki, region dövlətlərinin - xüsusən Türkiyə və İranın güclənməsi, Rusiyanın isə buranı itirmək təhlükəsi ilə üzləşməsi xristian dünyasını çox ciddi narahat edir. Rusiya və ABŞ-ı müvəqqəti bir yerdə olmağa məhkum edən də, məncə, üçüncü gücə – Türkiyə və İrana qarşıdır.

Daxili siyasət
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb