Bank Of Baku

“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO

“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
# 18 sentyabr 2026 17:19 (UTC +04:00)

Şamaxıda “Pirqulu Park” hotelinə media-tur təşkil edilib.

APA-nın Şirvan bürosu xəbər verir ki, layihə rəhbəri Əhəd Əliyev media nümayəndələrinə hoteldə yaradılan şərait barədə məlumat verib.

Onun sözlərinə görə, Pirqulu qəsəbəsində inşa edilən hotel Şamaxı Astrofizika Rəsədxanasının yaxınlığında yerləşir. Ərazisi 16 hektar olan kompleksə iki hotel binası daxildir. Binalardan biri 188, digəri isə 172 yerlikdir.

Kompleksdə müxtəlif kateqoriyalı 175 nömrə və 2 kottec var. Bu, eyni vaxtda 366 qonağın hoteldə qalmasına imkan verir. Kompleksdə restoran və kafelər, görüş və təlimlər üçün 160 yerlik zal fəaliyyət göstərir.

Ərazidə 600 nəfərlik konqres binası, uşaq əyləncə mərkəzi və amfiteatr da yaradılıb.

Layihə rəhbəri Əhəd Əliyev hotelin infrastrukturu və imkanları barədə məlumat verib:

"Hotelimiz 16 hektarlıq ərazidə yerləşir. Ərazidə iki hotel binası, konvensiya binası, açıq havada restoran binası və iki villa inşa olunub. Kompleksdə uşaqlar üçün əyləncə mərkəzi, futbol və tennis kimi idman növləri üçün xüsusi sahələr də nəzərdə tutulub. Birinci hotel binasında 90 otaq yerləşir və burada 188 nəfərlik qonaq qəbul etmək mümkündür. İkinci hotel binası isə 80 otaqdan ibarətdir və 870 nəfərlik qonaq tutumuna malikdir. Hotelin əsas binasında hovuz bölməsi, spa mərkəzi, bovlinq, idman zalları və uşaqlar üçün əyləncə mərkəzi fəaliyyət göstərir. Burada eyni zamanda manuel terapiyası, masaj, buxar otaqları daxil olmaqla, müxtəlif spa xidmətləri təqdim olunur.

Kompleksdə 160 nəfərlik restoran bölməsi də fəaliyyət göstərir. Konvensiya binamızda isə 600 nəfərə qədər qonaq qəbul edə bilirik. Burada 100 nəfərlik ayrıca restoran bölməsi də mövcuddur. Kompleks dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Həyətyanı ərazidə gəzinti üçün xüsusi sahələr yaradılıb. İnsanların rahat istirahəti üçün bütün şərait təmin olunub".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR