Bank Of Baku

Müsavat Partiyası birgə mitinqlər keçirmək barədə müzakirələri davam etdirəcək

Müsavat Partiyası birgə mitinqlər keçirmək barədə müzakirələri davam etdirəcək
# 12 may 2010 13:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası “Azadlıq” bloku və Demokratiya Uğrunda İttifaqın birgə mitinqlər keçirilməsi bağlı müzakirələri davam etdiriləcək. Bu barədə APA-ya Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, “Azadlıq” bloku mayın 15-nə, Müsavat isə DUİ ilə birgə mayın 21-nə mitinq təyin edib. O bu mitinqlərin ayrı-ayrılıqda keçiriləcəyini qeyd edib: “Amma gələcəkdə kütləvi aksiyaların Müsavat-AXCP-DUİ formatında keçirilməsinə alışacağıq. “Azadlıq” blokunun formatı ilə bağlı müəyyən problemlər var. Bütün bu məsələlər ətrafında müzakirələr aparılır və biz çalışacağıq ki, Rəsulzadə-Elçibəy yoluna bağlı olan qüvvələrin birgə fəaliyyətinə nail olaq”.

A. Hacılı “Azadlıq” blokunun mayın 15-nə təyin etdiyi aksiyada müsavatçıların da iştirak edəcəyini istisna etməyib: “Partiya üzvlərinə azad qərar qəbul etmək səlahiyyəti vermişik. Bu aksiyada yəqin Müsavat üzvlərindən iştirak edən olacaq. Amma təşkilatçılığı və məsuliyyəti “Azadlıq” bloku daşıyacaq”.

“Azadlıq” blokunda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Həsən Kərimov da APA-ya açıqlamasında müxalifət qüvvələrinin birgə aksiyalar keçirməsində maraqlı olduğunu deyib. O, növbəti aksiyaların birgə keçirilməsi üçün danışıqlar aparılacağını bildirib: “Təbii ki, bundan sonra Müsavat Partiyası və bütövlükdə müxalifətin birgə aksiya keçirməsinə cəhd göstərək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR